Qalereya

Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar maarifləndirmə tədbirlərinin effektliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqəsdi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə carı ilin dekabr ayının 21-də Astara rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, psixoloqlar, müəllim və yeniyetmələr iştirak etmişdirlər. Tədbirdə  çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_12_24_10_45_27_1e0a.JPG
  1. Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir..

  2. Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir..

  3. Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir..

  4. Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir..

  5. Astara rayonunda maarifləndirmə tədbiri keçirilmişdir..

Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda tədbir təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin dekabr ayının 20-də "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda Lənkəran şəhərində  tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_12_24_10_36_23_0a0a.JPG
  1. Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu ..

  2. Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu ..

  3. Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu ..

  4. Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu ..

  5. Lənkəran şəhərində "Narkomanlığın mahiyyəti, doğurduğu ..

Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil olunub

    Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin dekabr ayının 21- də  "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə"  mövzusunda  Masallı raayonunda  maarifləndirmə tədbiri keçirilmişdir.

    Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

 

/img/gallery/100x100/2018_12_21_17_21_39_9c69.JPG
  1. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

  2. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

  3. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

  4. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

  5. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

  6. Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..

Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda tədbir təşkil olunub

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin dekabr ayının 19-da "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda Salyan rayonunda  tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_12_20_14_33_51_105e.JPG
  1. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

  2. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

  3. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

  4. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

  5. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

  6. Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..

Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar maarifləndirmə tədbirlərinin effektliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqəsdi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı carı ilin dekabr ayının 19-da Cəlilabad rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyalarının üzvləri, psixoloqlar, müəllim və yeniyetmələr iştirak etmişdirlər. Tədbirlərdə  çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_12_20_10_55_05_18a4.jpg
  1. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  2. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  3. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  4. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  5. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  6. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  7. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

  8. Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin ilk hazırlıq iclası keçirilib

   2018-ci il 18 dekabr tarixdə Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti hazırlıq iclası keçirildi.

   Tədbirdə Təşkilat Komitəsinin üzvləri, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili cənab Vilyam Gill, ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyasının Orta Asiya üzrə Regional direktoru Vilyam Varen, Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdi.

   İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr müzakirə edilib.

   İclası giriş nitqi ilə açan Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncam ilə  işçi qrup yaradılmış və tədbirlər planı təsdiq edildiyini və bununla əlaqədar artıq cavabdeh strukturlar tərəfindən zəruri addımların atıldığını vurğuladı. O cümlədən Azərbaycanda keçirilən bütün tədbirlərin həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verdiyini, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın da yüksək səviyyədə keçiriləcəyini qeyd edib.

    Cənab Əli Həsənov öz cıxışında bildirmişdir ki, ölkəmiz BMT-nin beynəlxalq konvensiyalarına qoşulmuş, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmiş və bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilmiş, , bundan əlavə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüş, bununla əlaqədar təsdiq olunmuş Dövlət Proqramları uğurla icra olunmuşdur.

     Eyni zamanda cənab Əli Həsənov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair BMT-nin hesabatlarına əks olunan dünya üzrə göstəriciləri müqayisəli şəkildə təhlil edərək bu barədə məlumatı diqqətə çatdırdı.

     Tədbirdə görülmüş işlərə dair geniş məzurə ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini cənab İsmayıl Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Dövlət Gömrük Komitəsi  tərəfindən ciddi hazırlıq işlərinə başlanıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün tədbirlər planına uyğun olaraq bütün təşkilati və digər işlər icraya yönəldilib.

  ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi Orta Şərq Regionu üzrə direktoru cənab Vilyam Varen çıxış edərək2019-cu ilin 16-18 aprel tarixlərində baş tutacaq bu konfransı narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində nüfuzlu beynəlxalq tədbir olaraq səciyyələndirdi. Bu konfransın beynəlxalq təcrübənin bölüşülməsi, mühüm məsələlərin müzakirə olunması və ölkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı meyllərin və digər məlumatların mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğuladı.

  Daha sonra çıxış edən ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili cənab Vilyam Gill konfransın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyindən əmin olduğu bildirdi.

   İclas  qeyd olunan tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Hökümətinin və ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyasının üzərinə düşən vəzifə və öhdəliklər istiqamətində bütün təklif və suallarla bağlı fikir mübadiləsi aparıldı.

   Sonda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov görüləcək işlərlə bağlı aidiyyəti üzrə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

/img/gallery/100x100/2018_12_18_17_15_38_5678.jpg
  1. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın..

  2. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın..

  3. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın..

Qaradağ rayonu 9 nömrəli İnternat məktəbində maarifləndirmə tədbiri keçirilib

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 04 dekabr 2018-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 9 nömrəli Xüsusi internat məktəbində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir .

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər və  Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

 Eyni zamanda tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır

/img/gallery/100x100/2018_12_05_11_53_37_7c9e.JPG
  1. Qaradağ rayonu 9 nömrəli İnternat məktəbində maariflən..

Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə müəssisələrində keçirildi

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 30 noyabr tarixində 16 və 11 saylı cəzaçəkmə müəssisələrində profilaktik tədbir həyata keçirilib.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı mövzu ətrafında çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.

/img/gallery/100x100/2018_11_30_14_57_11_6fae.jpg
  1. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

  2. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

  3. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

  4. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

  5. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

  6. Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..

“Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası istiqamətində Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Rayon İcra Hakimiyyətinin və Rayon İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə.“Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzusunda  tədbir  keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Suraxanı rayon komissiyasının üzvləri çıxış edərək narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi fəsadlar, maarifləndirmə işinin əhəmiyyəti və bu istiqamətdə yetkinlik yaşına çatmayanların və gənclərin təlim tərbiyəsinə, məşğulluğuna asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarının vacibliyi xüsusilə vurğulandı.

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_11_30_11_33_32_35fa.JPG
  1. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  2. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  3. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  4. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  5. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  6. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  7. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

  8. “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..

Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçiridi

28 noyabr 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun və rayonun Bakıxanov qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə  məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirildi.

  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov,.Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun əməkdaşı Raqif Allahverdiyev,  Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Səhiyyə Nazirliyinin Bakı şəhəri Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbaslı çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi  haqqında danışaraq, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflərini  bildirdilər.

Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.

/img/gallery/100x100/2018_11_29_16_30_20_5fed.JPG
  1. Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..

  2. Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..

  3. Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..

  4. Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..

  5. Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirildi.

 

 23 noyabr 2018-ci il tarixində Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirildi.

İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu  İmanquliyev, DGK-nin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi Məsum Rəsulov, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Xarici İşlər və Maliyyə nazirliklərinin nümayəndələri və İDEC-in Ankara şəhər Ofisinin müdiri cənab Clement Sze, Ankara şəhər Ofisinin təhqiqatçısı cənab Adnan Mert və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin xüsusi agenti Jarrod Sumner iştirak edirdi.

Görüşü giriş nitqi ilə açan Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə milli hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza ataraq, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənərək, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilərək, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı.

Paytaxtımızın bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransınının burada baş tutmasını ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərici kimi dəyərləndirdi.

Daha sonra İDEC-in bu sahədə öhdəlikləri, eyni zamanda tədbirin keçirilməsi üçün ev sahibliyi edən Azərbaycan Hökümətinin üzərinə düşən vəzifə və öhdəliklərin lazımi və zəruri təşkilatı işlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində görülməsi məqsədilə bütün təklif və suallarla bağlı geniş fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov gələn il ölkəmizdə keçiriləcək tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliklə görüş iştirakçılarının diqqətinə çatdırdı.

/img/gallery/100x100/2018_11_23_14_22_30_a35d.jpg
  1. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı..

"Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin noyabr ayının 21-də "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda Nərimanov rayonu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.

Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması təmin olunmuşdur.

 

/img/gallery/100x100/2018_11_22_15_43_13_78aa.jpg
  1. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  2. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  3. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  4. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..