Qalereya

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Ucar rayonunda tədbirlər keçirmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ucar rayon komissiyasının köməkliyi ilə 7 may 2015-ci il tarixdə Ucar şəhər 1 nömrəli Texniki-Humanitar Təmayüllü Məktəb-Liseydə və rayonun Qazyan kənd 1 nömrəli tam orta məktəbində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbir keçirilmişdir.

  Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

  Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.

  Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayonun aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.

/img/gallery/100x100/thumbnail_1431993716.jpg
  1. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  2. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  3. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  4. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  5. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  6. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  7. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbirlər keçirilmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay rayon komissiyasının köməkliyi ilə 5 may 2015-ci il tarixdə Göyçay şəhəri Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə və 5 nömrəli tam orta məktəbdə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbir keçirilmişdir.

  Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

  Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.

  Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayonun aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər. 

/img/gallery/100x100/thumbnail_1431992206.jpg
  1. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  2. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  3. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  4. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  5. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  6. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  7. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

  8. Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..

Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Hakimiyyəti ilə birgə elmi-praktiki konfrans keçirmişdir.

  2015 ci il may ayının 15-də Şirvan şəhər 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhər ictimaiyyətinin iştirakı ilə  “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, şəhər komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları, müəllimlər və məktəblilər  iştirak etmişlər.

 Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

  Konfrans Regional Televiziya vasitəsilə işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1431925850.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  2. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  3. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  4. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  5. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  6. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  7. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirlərinin əhatəliliyini genişləndirmək məqsədi ilə İmişli Rayon İcra Hakimiyyəti ilə birgə növbəti tədbirini keçirmişdir.

  May ayının 14-də İmişli Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

  Belə ki, keçirilmiş tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini bir daha bu məsələyə cəlb etmək, narkomaniyaya qarşı mübarizəni gücləndirməkdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları və məktəblilər  iştirak etmişlər.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1431646398.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  2. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  3. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  4. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  5. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  6. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  7. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  8. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

  9. Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..

Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası “Narkomaniya əsrin bəlasıdır” devizi altında növbəti tədbirini 06 may 2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsinin konfrans zalında rayon komissiyasınn üzvlərinin, aidiyyəti yerli strukturların nümayəndələrinin, çoxsaylı müəllim və şagirdlərin iştirakı ilə  keçirmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda  geniş bəhs etmişlər.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1431059149.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  2. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  3. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  4. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  5. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  6. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

  7. Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..

Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 05 may 2015-ci il tarixdə Xacmaz Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası tərəfindənyeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə“Narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda rayon tədbiri keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların nümayəndələri, çoxsaylı müəllimər iştirak etmişlər.

  Tədbir çərçivəsindəDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1430974289.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  2. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  3. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  4. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  5. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  6. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

  7. Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..

İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas keçirilmişdir.

  2015-ci ilin 29-30 aprel tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas olmuşdur.

  Sözügedən iclasda üzv dövlətlərin ekspertləri (İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə), DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Dövlət Komissiyasının işçi qrupunun, Xarici İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

  Tədbirin gündəliyinə uyğun olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi tərəfindən Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində 2014-cü il ərzində görülmüş işlərə dair hesabatı əks etdirən “Ölkə Məruzəsi”nin təqdimatı aparılmışdır. Təqdimat çərçivəsində 2014-cü ildə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

  Bundan əlavə forum iştirakçıları “İstanbul Prosesi” çərçivəsində üzv dövlətlər arasında  narkotiklərə qarşı mübarizə üzrə etimadın möhkəmləndirilməsi tədbirləri üzrə qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı irəliləyişlərin, mövcud olan maneələrin və gələcək əməkdaşlığın müzakirəsi aparılmışdır.

  Daha sonra qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasıının hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar dinlənilmişdir.

/img/gallery/100x100/thumbnail_1430373172.jpg
  1. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  2. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  3. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  4. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  5. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  6. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  7. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  8. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  9. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

  10. İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..

Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.

  15 aprel 2015-ci il tarixində saat 11:00-da Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.

  Gənclər Evində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin əməkdaşları, rayon komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

 Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya. Sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1429163375.jpg
  1. Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..

  2. Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..

  3. Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..

  4. Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..

  5. Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..

Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  14 aprel 2015-ci il tarixində Ağsu rayon Mədəniyyət sarayında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə,  narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işləri çərçivəsində “Gələcəyimizi düşünək, Narkomaniyaya yox deyək” mövzusunda tədbir  keçirilmişdir.

  Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı,  Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Dini İşlər üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi, rayon komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

   Daha sonra tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunmuşdur.

  Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1429073099.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  2. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  3. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  4. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  5. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  6. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

  7. Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..

Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən əyani vəsaitlər hazırlanmışdır.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar   pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

   Eyni zamanda “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı maarifləndirici bukletlərin kütləvi şəkildə paylanılması nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/thumbnail_1427702153.jpg
  1. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  2. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  3. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  4. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  5. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  6. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  7. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

  8. Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..

2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək respublikanın bir sıra şəhər və rayonlarında “Həyatla oyun” teatr tamaşası nümayiş olunmuşdur.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması və gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq Bakı şəhərinin Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi, Səbail rayonlarında və respublikanın Abşeron, Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Astara, Lerik şəhər və rayonlarında nümayiş olunmuşdur. Tamaşa ictimaiyyət nümayəndələri tərəfindən hədsiz maraqla qarşılanmış və gənclərin bu sahədə maarifləndirilməsində tamaşanın çox təsirli təbliğat vasitəsi olduğu bildirilmişdir.

  Tamaşa kütləvi informasiya vasitələrində işiqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1425606185.jpg
  1. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

  2. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

  3. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

  4. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

  5. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

  6. 2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..

Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mərkəzində “Sağlam həyat tərzi” adlı sərgi-müsabiqəsi keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar 06 mart 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mərkəzində “Sağlam həyat tərzi” adlı sərgi müsabiqəsi keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və digər aidiyyəti qurumların  nümayəndələri, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.

 Sərgi-müsabiqəsinin sonunda fərqlənən şagirdlərə fəxri diplomlar və hədiyyələr verilmişdir. 

 Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  hazırlanmış əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1425601757.jpg
  1. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..

  2. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..

  3. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..

  4. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..

  5. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..

  6. Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..