Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri kecirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə Dovlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü və Təhsil Nazirliyi ilə birgə təşkilatçılığı və o cümlədən Daxili İşlər, Səhiyyə Nazirliklərinin nümayəndələrinin iştirakı ilə cari ilin 22 noyabr tarixində Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupunun və aidiyyəti dövlət qurumlarının  nümayəndələri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş,  tələbələri maraqlandıran suallar  ətrafında fikir mübadiləsi aparılmışdır.

   Həmçinin toplantı çərçivəsində tələbələrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışdır.                                                                                   




Baxılıb: 877