Maştağa qəsəbəsində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda tədbir keçirildi.

   Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 25 noyabr 2016-ci il tarixdə saat 11:00-də Maştağa qəsəbəsi 187 saylı tam orta məktəbin akt zalında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda tədbir keçirildi.

   Tədbirin rəsmi hissəsindən öncə məktəblilər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəasdlar barədə, rəsm sərgisi nümayiş olunmuşdur.

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşı, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   O cümlədən,  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası və digər maarifləndirici bukletlər, xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.      

   Tədbir  “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 855