Əndazə bilməyən iblis Narkomaniyaya qarşı mübarizə gücləndirilir.

  Respublikanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da narkomaniyaya qarşı mübarizədə ciddi işlər görülür. Rayon İcra Hakimiyyəti yanında Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə və Narkomanlığa qarşı Mübarizə Komissiyası tərəfindən 2014-cü il ərzində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik maddələrin, psixotrop vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə Proqramı”nın (2013-2018-ci illər) icrasını təmin etmək məqsədilə bir sıra işlər görülmüşdür. Sağlam həyat tərzinin təbliğ olunması, gənclər arasında antinarkotik dünyagörüşünün formalaşması məqsədilə rayon Polis İdarəsi, Gənclər və İdman İdarəsi, şəhər Narkoloji Dispanseri, 26 saylı Birləşmiş şəhər xəstəxanası, QİÇS-ə qarşı Mübarizə Mərkəzi, Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi, “Diskordant” HİV-lə yaşayan İnsanlara Dəstək İctimai Birliyi və digər təşkilatlarla birgə maarifləndirmə tədbirləri aparılmış, “Gənclər narkotik əleyhinə” mövzusunda sərgilər, orta məktəblərdə inşa yazı müsabiqələri, dəyirmi stollar, kütləvi idman yarışları keçirilmişdir. 5 mart Bədən tərbiyəsi Günü, 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə günündə gənclərin iştirakı ilə kütləvi sağlamlıq yürüşləri təşkil olunmuşdıir.
  Tanınmış ictimai xadimlərin, ziyalıların, incəsənət ustalarının, idmançıların iştirakı ilə gənclərlə maarifləndirici görüşlər təşkil olunmuşdur.

  Rayonda asudə vaxtm səmərəli təşkili məsələlərinə xüsusi diqqət verilmiş, Gənclər Evinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə dəstək mərkəzlərinin fəaliyyəti gücləndirilmiş, uşaq və gənclər arasında “Breyn-rinq”, “Nə?Harada?Nə zaman?” intellektual yarışları, “Xəmsə” milli oyunları keçirilmiş, təhsil müəssisələri ilə birlikdə müxtəlif tarixi mövzularda, ədəbiyyat sahəsində şeir, rəsm, mahnı müsabiqələri təşkil olunmuşdur. “Ölkəmizi tanıyaq” devizi altında şagirdlərin Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına səfərləri təşkil olunmuş, onlar arasında viktorinalar keçirilmişdir. Gənclər arasında könüllülüyün təbliği məqsədilə müxtəlif səpgili görüşlər təşkil olunmuşdur.

  Narkotik maddələrin satışı və qanunsuz olaraq əkilib becərilməsi cəmiyyətdə ən yolverilməz haldır. Narkomaniya ilə mübarizədə polis orqanlarının işi əvəzolunmazdır. Məhz onların gərgin əməyi sayəsində təhlükəli “ağ ölüm” törədiciləri, onları yayanlar aşkarlanır və qanuna uyğun tədbirlər görülür. 2014-cü ildə Xəzər rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələrin qnunsuz dövriyyəsi və satışı ilə əlaqədar 22 fakt, bu vasitələrin qanunsuz əldə olunaraq saxlanması üzrə isə 46 fakt aşkarlanmışdır. Rayon ərazisində qanunsuz olaraq narkotik xassəli bitkilərin əkilib becərilməsi və kultivasiya edilməsi üzrə 7 fakt, (31 ədəd çətənə kolu, 13 kq 423 qram yaş kütlə) aşkar edilmiş və müvafiq tədbir görülmüşdür.

  Xəzər rayonu üzrə dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 10 kq 867,774 qram olmuşdur. 2014-cü ilin 12 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 75 cinayət faktı qeydə alınmış və istintaq orqanlarına təhvil verilmişdir.
  Bəşəriyyətin ümumi bəlasına çevrilən narokmaniyanın tarixi olduqca qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr insanlara bəlli olmuş və onlar müxtəlif məqsədlərlə istifadə edilmişdir. Narkotik vasitələr haqqında məlumatlara qədim roma, yunan, ərəb alim və həkimlərinin əsərlərində də rast gəlinir. O zamankı xalqların mifologiyasında xaş-xaş yağı insanların fiziki ağrılarının ən yaxşı əlacı kimi qavranılmış, xaş-xaş qozasından alınan şirə isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Lakin bu istifadə zaman keçdikcə asıllığa gətirib çıxarmış, insanlar arasında bu vasitələrə meyllilik getikcə artmağa başlamışdır. Qədim Hindistana səyahət edən alimlərdən biri tiryəkdən asıllığı belə şərh etmişdir: “Kim tiryəkə vərdiş edibsə, onı hər gün qəbul etməlidir””. Məşhur fransız şairi Şarl Bodler “Süni cənnət” əsərində yazır: “Mən təsdiq edirəm ki, həşiş sakitcə tovlayan, tiryək isə əndazə bilməyən iblisdir”. Bu baxımdan, cəmiyyətdə yüzillərlə yayılmaqda olan “ağ ölüm” fəlakətinə qarşı mübarizə bu gün bəşəriyyətin ən qlobal problemlərindən birinə çevrilmlşdir.

  Narkotiklərlə bağlı cinayətlərin latentliyi, bu növ hüquqpozmaların rəsmi qeydiyyatdan kənarda qalması halları bütün cəmiyyətlərdə və dövlətlərdə yüksək faiz təşkil edir və əgər Respublikamızda rəsmi qeydiyyatda olan 13000-dən artıq narkotik istifadəçisi varsa, demək olar ki, fəlakət qapının astanasındadır.

  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkotizm üzərindən də pərdələr götürüldü. Cəmiyyətdə mövcud olan bu neqativ hala qarşı mübarizə ön plana çıxarıldı. Bir sözlə, problemə münasibətdə yeni mərhələ başlandı. Bu yeni mərhələnin ən uğurlu cəhəti ondan ibarət oldu ki, narkotizmə qarşı mübarizədə dövlət orqanlan ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı. Bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətlərindən dövlət orqanları hər zaman yararlanmağa səylər göstərir, müvafiq QHT-lərlə sıx əməkdaşlıq edir.

Vaqif Həsənov,
Xəzər rayon İcra hakimiyyəti başçısının I müavini




Baxılıb: 796