Övladlarımızı narkotiklərdən qoruyun!

  Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə aparılan mübarizə işi istiqamətində Azərbaycan Respublikasının qanunları, ölkə başçısının fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, eləcə də Respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutularaq 2014-cü ilin ötən dövrü ərzində bir sıra təşkilati və əməli işlər görülmüşdür.

  Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ərazi polis orqanları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərəri, doğurduğu təhdidlər və zərərli nəticələri barədə orta, orta ixtisas və ali təhsil müəssisələrində təkil ediləcək maarifləndirmə tədbirlərində fəal iştirak etmələri məqsədi ilə kurator əməkdaşlar tərəfindən ərazi polis orqanlarının narkotiklərlə mübarizə xidmətinin əməkdaşlarına müvafiq göstərişlər verilmiş, Bakının Nərimanov, Binəqədi, respublikanın Ağdam və Ucar rayon polis orqanlarının aidiyyəti xidmətlərinə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün əyani vəsaitlər təqdim olunmuşdur.

  Baş İdarə tərəfindən kadrlarla işin yaxşılaşdırılması, şəxsi heyətin professional səviyyəsinin artırılması, əhali, o cümlədən azyaşlı və yeniyetmələrlə maarifləndirmə işinin təşkili ilə bağlı təlimatçıların hazırlanması məqsədi ilə də bir sıra tədbirlər həyata keçirilmişdir.

  Ötən il ərzində daxili işlər orqanlarının digər xidmət əməkdaşlarının narkotiklərlə mübarizə sahəsində peşəkarlıqlarının artırılması məqsədi ilə DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən ixtisasartırma kurslarına cəlb edilmiş respublika polis orqanlarının cinayət axtarış xidmətinin 52 nəfər bölmə rəisləri və baş əməliyyat müvəkillərinə, 101 nəfər şəhər, rayon polis orqanlarının polis sahə rəisləri və polis sahə inspektorlarına, 53 nəfər xidmət üzrə rəis müavinlərinə, 57 nəfər əməliyyat işləri üzrə rəis müavinlərinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə tədbirləri”, “Yetkinlik yaşına çatmayanların, gənclərin sağlam ruhda tərbiyə olunmasında, antinarkomaniya tədbirlərinin həyata keçirilməsində dövlətin rolu” və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında profilaktiki işin təşkili və aparılması” mövzularında mühazirələrin oxunması təmin edilmiş, pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu (bundan sonra Dövlət Komissiyasının İşçi Qrupu) tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar dinləyicilərə paylanılmışdır.

  Narkomanlığın qarşısının alınması məqsədi ilə əhali, o cümlədən azyaşlı və yeniyetmələrlə maarifləndirmə işinə Baş İdarə tərəfindən də xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə əməkdaşlar tərəfindən narkotik vasitələrin insan orqanizminə mənfi təsiri, bununla əlaqədar hüquqi məsuliyyət tədbirləri və s. ilə bağlı ANS, Xəzər və ATV televiziya kanallarına müsahibələr verilmiş, bu sahədə görülmüş işlər mütəmadi olaraq “Mübariz Keşikdə” və “İki Sahil” qəzetlərində işıqlandırılmışdır.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Narkomanlığa və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin birgə təşkilatçılığı ilə “26 iyun - Ümumdünya Narkomaniya ilə Mübarizə günü” münasibəti ilə “Mən narkomaniyanı belə görürəm” mövzusunda 24 iyun 2014-cü il tarixdə keçirilmiş rəsm işlərindən ibarət sərgidə, habelə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən dənizkənarı bulvar ərazisində təşkil olunmuş “Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiyada Baş İdarə əməkdaşlarının iştirakları təmin edilmişdir.

  Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü və Bakı şəhərinin bir sıra rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında anti-narkotik təbliğatı sahəsində keçirilmiş bir sıra profilaktik tədbirlər və görüşlərdə BNMİ-nin əməkdaşları fəal iştirak etmişlər.

  Belə ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloci Dispanserinin, Gənjlər və İdman Nazirliyinin Bakı şəhər Gənjlər Baş İdarəsinin, Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət yaradılmış komissiyanın üzvləri “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir” mövzusunda İctimai Siyasi Universitetində, 17 oktyabr 2014-cü il tarixdə Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz narkomaniyaya qalib gələcəyik” mövzusunda Azərbaycan Müəllimlər İnsitutunda, 23 oktyabr 2014-jü il tarixdə Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı mövzusunda Sabunçu rayonu Maştağa qəsəbəsinin 187 saylı orta məktəbində, 28 oktyabr 2014-cü il tarixdə Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Səbail rayon gəncləri narkomanlığa yox deyir” mövzusunda Azərbaycan Pedaqoji Universitetində, 31 oktyabr 2014-jü il tarixdə Pirallahı rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək, pis vərdişlərdən uzaq olaq” mövzusunda Pirallahı rayonunda yerləşən “V.Mustafazadə” adına Mədəniyyət Mərkəzində, 21 oktyabr 2014-cü il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonunda “Heydər Əliyev” Mərkəzində “Narkotiklərə yox deyək” mövzusunda, Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən “Heydər Əliyev” Mərkəzində “Narkomanlıqla mübarizə hər birimizin borcudur” mövzusunda, 22 dekabr 2014-cü il tarixdə saat Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir” adlı narkomaniya və digər zərərli vərdişlər mövzusunda keçirilmiş maarifləndirici profilaktik tədbir və konfranslarda narkotiklərlə mübarizə xidmətinin əməkdaşları iştirak etmişlər. Həyata keçirilmiş tədbirlər Azərbayjan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

  Konfranslar zamanı təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin ayrı-ayrı növləri üzrə analayışı, mənbəyi, onun törətdiyi sosial bəlalar, xəstəlikləri, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın jəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verilmiş və bu sahədə təbliğat işlərinin aparılmasının zəruriliyi vurğulanmışdır.

  Sabunçu rayonunda keçirilən tədbir zamanı rayon məktəbliləri və tələbələri arasında “Narkotiklərin insan orqanizminə məhvedici təsiri” haqqında rəsm müsabiqəsi təşkil edilmiş, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə qısametrajlı film nümayiş etdirilmiş, həmçinin narkotiklərin törətdiyi sosial bəlalar mövzusunda şagirdlər tərəfindən “Ağ ölümə yox deyək” adlı səhnəcik hazırlanaraq təqdim olunmuşdur.

  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə “Narkotiklər bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır”, “Övladlarımızı və gələcəyimizi narkomaniyadan qoruyaq” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları, əyani vəsaitlər, bukletlər, xəbərdarlıq vərəqələri və metodik materiallar hazırlanaraq tədbir iştirakçılarına paylanılmışdır. Ümumilikdə keçirilən konfranslarda hər birində 240-250 nəfər olmaqla ümumilikdə 2000-dən artıq şagird, tələbə və təhsil ocaqlarının müəllim kollektivi iştirak etmişdir.

  Noyabrın 21-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” mövzusunda Zəngilan və Qubadlı rayon sakinlərinin məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsindəki qaçqın şəhərciyində tədbir keçirilmişdir. Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşları iştirak etmişdir.

  Burada “Yetkinlik yaşına çatmayanlar arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınmasında polisin rolu” mövzusunda edilən çıxış zamanı tolerantlığın milli-mənəvi dəyərlərimizlə, tarixi ənənələrimizlə sıx bağlı olması, ölkəmizdə dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsin vicdan azadlığının təmin edilməsi, demokratik, dünyəvi dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayış normasına çevrilməsi iştirkaçıların nəzərinə çatdırılmışdır.

  Bunula yanaşı, BMT-nin hesablamalarına görə hazırda dünyada 250 milyondan çox narkotik istifadəçisinin olması, 50 milyon insanın isə yalnız bu səbəbdən həyatını itirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Daxili işlər orqanları bütün səylərini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramının tam şəkildə həyata keçirilməsinə yönəltmişdir. Lakin proqramın səmərəliyi bütövlükdə cəmiyyətin bu bəla ilə mübarizəyə dəstəyindən, əməkdaşlıqdan çox asılı olması da tədbirdə xüsusi qeyd olunmuşdur.

  “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və jəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xariji İşlər Nazirliyi tərəfindən 8 dekabr tarixdə Bakıda təşkil olunan beynəlxalq konfransda Baş İdarənin rəhbərliyi iştirak etmişdir. Konfransda BMT-nin Narkotiklər və Jinayətkarlıqla Mübarizə İdarəsinin, Avropa Şurasının, Dünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də Fransa, ABŞ, Pakistan, Qazaxıstan və digər ölkələrdən ekspertlər iştirak etmişlər.

  Hesabat dövründə ölkə ərazisindən narkotiklərin tranzit daşınmasının qarşısının alınması, qeyri - leqal dövriyyədən ağır təsirə malik narkotik vasitələrin çıxarılması, onları yayan, qanunsuz idxalı, ixracı və istehsalı ilə məşğul olan transmilli və mütəşəkkil cinayətkar dəstələrin aşkarlanması ilə bağlı həyata keçirilən əməliyyat - axtarış tədbirlərinin səmərəsinin artırılması istiqamətində müəyyən işlər görülmüşdür.

  Ötən il ərzində respublika polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 3046 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 801-i narkotik vasitələrin qanunsuz satışı, 2029-u-i satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 203-ü narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi,12-si isə sair cinayətlərlə bağlı olmuşdur.

  Aşkar olunmuş 3046 faktlardan 800-ü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 151 kq 561,845 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
  Cinayətlərin 85-i qrup şəklində törədilmiş, faktlar üzrə cinayətkarlardan çəkisi 217 kq 458,363 qr narkotik vasitələr götürülmüşdür. Təhlil dövründə narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 15 cinayət faktı aşkar olunmuş və fakt üzrə qanunsuz dövriyyədən çəkisi 75 kq 662qr narkotik vasitə götürülmüşdür.

  2014-cü il ərzində cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən ümumilikdə aşkar olunmuş 672,7 kq narkotik vasitələrin 421,8 kq marixuana, 132,3 kq tiryək, 18,1 kq heroin, 44,2 kq həşiş, 56,2 kq digərləri, 1 kq 970 qr psixotrop maddələr təşkil etmişdir. Bu da 2013-cü illə müqayisədə 53 kq 465 qr çox olmuşdur.

  Narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsinin və yabanı halda yayılmasının qarşısının alınması məqsədi ilə keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində xaş-xaş və çətənə bitkilərinin qanunsuz kultivasiyası ilə bağlı 203 fakt aşkar edilmişdir ki, bu da ötən illə müqayisədə 32 fakt çox olmuşdur.

  Aşkar olunmuş 8 fakt üzrə 450 sot sahədən yaş kütləsi 9 kq 685 qr olan 284 ədəd xaş-xaş, 17,496 hektar sahədən 195 fakt üzrə yaş kütləsi 1 ton 995 kq 884 qr olan 14 min 889 ədəd çətənə bitkiləri aşkar edilib qanuni tədbir görülməsi üçün istintaq orqanlarına verilmişdir.

  Bununla yanaşı ümumilikdə 467 hektar 495 sot sahədən yaş kütləsi 212 ton 724 kq 339 qr olan 375 min 917 ədəd çətənə bitkiləri aşkar edilərək məhv edilmişdir.
  Hesabat dövründə daxili işlər orqanları tərəfindən ölkə ərazisindən narkotiklərin tranzit daşınmasının qarşısının alınması, qeyri - leqal dövriyyədən ağır təsirə malik narkotik vasitələrin çıxarılması, onları yayan, qanunsuz idxalı, ixracı və istehsalı ilə məşğul olan transmilli və mütəşəkkil cinayətkar dəstələrin aşkarlanması ilə bağlı həyata keçirilən əməliyyat - axtarış tədbirlərinin səmərəsinin artırılması istiqamətində müəyyən işlər görülmüşdür.

  Nəticədə qanunsuz dövriyyədən ağır təsirə malik çəkisi 91 kq 711,84 qr tiryək, 9 kq 792,465 qr heroin, 17 kq 580 qr həşiş, 52,763 qr kokain, 1,56 qr amfetamin olmaqla ümumilikdə 119 kq 139 qr xarici ölkələrdə istehsal olunmuş narkotik vasitələr götürülmüşdür.
  Bunlarla yanaşı dövriyyəsi qadağan edilən, məhdudlaşdırılan və dövriyyəsinə nəzarət olunan narkotik vasitələrin və psixotrop maddələrin uçotu, saxlanılması və satışı sahəsində qanun pozuntularının qarşısının alınması və aşkar edilməsi məqsədilə ilə də polis orqanları tərəfindən, o cümlədən BNMİ CBRŞ, BMCMİ, Səbail RPİ, Sumqayıt ŞPİ, Yasamal RPİ, Lənkəran ŞRPŞ, Astara RPŞ, Masallı RPŞ, tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz dövriyyədən 8 ampula “Sibazon”, 34 ampula “Diazepam”, 500 həb fenobarbital, 10 həb “Alprozolam”, 170 paket “Kaliy permanqanat”, 270 həb “Rivotril”, 9 həb 0,431 qr “Metadon”, 1,832 qr “Metamfetamin” və 1 kq 800 qr “Amfetamin” psixotrop dərman preparatları aşkar edilib götürülmüşdür.

  2014-cü il ərzində narkotiklərlə bağlı aşkar olunmuş faktlar üzrə 2408 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur ki, onlardan 1-i 18 yaşadək, 210-u 18-25 yaşadək, 351-i 26-29 yaşadək, 1846-sı 30 yaş və ondan yuxarı, 24-ü fəhlə, 8-i qulluqçu, 1-i nəqliyyat işçisi, 1-i ali məktəb tələbəsi, 2179 işləməyənlər və oxumayanlar, 26-sı xarici ölkə vətəndaşları, o cümlədən 5-i MDB vətəndaşı, 57-si qadınlar, 2349-u kişilər, 752-si əvvəllər məhkum olunanlar, 24-ü isə əvvəllər qeydiyyatda olanlardır. Bunlarla yanaşı 96 nəfər inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Onlardan 57-si həbs, 34-ü cərimə və 6-sı xəbərdarlıq edilmişdir.

  Respublika polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Rusiya Federasiyasının-4, İİR-nın 6, Gürcüstanın-21, Litvanın-1, Türkiyənin-1,Ukrayna-1,Türkmənistan-1 olmaqla ümumilikdə 35 xarici ölkə vətəndaşları tutulmuş onlardan çəkisi 38 kq 796,428 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Baş Narkotiklərlə Mübarizə İdarəsi




Baxılıb: 1107