Nar­ko­ma­ni­ya ümum­bə­şə­ri prob­lem­dir

  Coğ­ra­fi möv­qe­yin­dən, ic­ti­mai-si­ya­si qu­ru­lu­şun­dan, in­ki­şaf sə­viy­yə­sin­dən, mə­də­ni və ta­ri­xi əla­qə­lə­rin­dən ası­lı ol­ma­ya­raq, elə bir öl­kə yox­dur ki, döv­rü­mü­zün qlo­bal prob­lem­lə­rin­dən bi­ri olan nar­ko­tik­lə­rin qa­nun­suz döv­riy­yə­si ilə qar­şı­laş­ma­sın. Mə­lum­dur ki, nar­ko­ma­ni­ya və nar­ko­biz­nes in­san cə­miy­yə­ti­nin mə­nə­vi və əx­la­qi də­yər­lə­ri­nə bö­yük zər­bə vu­ran, so­si­al-iq­ti­sa­di in­ki­şa­fa mən­fi tə­sir gös­tə­rən, in­san­la­rın hə­yat və sağ­lam­lı­ğı­na cid­di təh­lü­kə ya­ra­dan, ci­na­yət­kar­lı­ğın art­ma­sı­na sə­bəb olan amil­dir.

İl­ham Əli­yev

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti

  Nar­ko­ma­ni­ya və nar­ko­tizm sar­sın­tı və fa­ciə­lə­ri ilə hü­dud­suz olan so­si­al-iq­ti­sa­di, ci­na­yət-hü­qu­qi, mə­nə­vi-psi­xo­lo­ji və tib­bi cə­hət­dən   mü­rək­kəb və ço­xas­pekt­li, ic­ti­mai təh­lü­kə­li­li­yi həd­dən ar­tıq yük­sək, ən ağır və təh­lü­kə­li nə­ti­cə­lər do­ğu­ran  ümum­bə­şə­ri prob­lem­dir.

  Nar­ko­ma­ni­ya yo­lu­xu­cu xəs­tə­lik ki­mi əha­li, xü­su­sən də gənc­lər ara­sın­da ya­yıl­mış, öz miq­yas­la­rı­nı ge­niş­lən­di­rə­rək trans­mil­li­ləş­miş, bə­şə­riy­yə­tin so­si­al-iq­ti­sa­di, mə­nə­vi-əx­la­qi da­yaq­la­rı­nı da­ğıt­maq sə­viy­yə­si­nə çat­mış­dır. Ha­zır­da və­tən­daş­la­rı nar­ko­ti­za­si­ya­sı­nın acı nə­ti­cə­lə­ri­ni hiss et­mə­yən öl­kə tap­maq müm­kün de­yil­dir. Nar­ko­man­lıq və nar­ko­biz­nes əra­zi, mil­li, di­ni, sin­fi və di­gər sər­həd­lər ta­nı­ma­yan, qlo­bal xa­rak­ter da­şı­yan bey­nəl­xalq prob­le­mə çev­ril­miş­dir.

  Son ya­rım əsr­də  nar­ko­ma­ni­ya və nar­ko­ci­na­yət­kar­lıq nis­bə­tən lo­kal fe­no­men­dən  dün­ya­da kri­mi­nal və an­ti­so­si­al ak­tiv­li­yin əsas mən­bə­yi­nə çev­ril­miş­dir. Nar­ko­is­teh­sal prin­sip­cə pla­ne­tar xa­rak­ter al­mış, dün­ya­da eks­tre­miz­min, qey­ri-sa­bit­li­yin və si­ya­si tur­bu­lent­li­yin uni­ver­sal ge­ne­ra­to­ru­na çev­ril­miş­dir. 

  2001-ci il 23 yan­var ta­rix­li BMT-nin Nar­ko­tik­lə­rə Nə­za­rət üz­rə Bey­nəl­xalq Ko­mi­tə­si­nin il­lik he­sa­ba­tın­da əks olu­nan sta­tis­tik rə­qəm­lə­rə gö­rə XX əs­rin son­la­rın­da dün­ya­da 8 mil­yon he­ro­in, 13.3 mil­yon ko­ka­in, 141.2 mil­yon ma­ri­xua­na, 30 mil­yon sin­te­tik nar­ko­tik is­teh­lak edən­lər qey­də alın­mış­dır. Dün­ya­da nar­ko­tik­lər­dən qey­ri-tib­bi məq­səd­lər­lə is­ti­fa­də edən­lə­rin sa­yı 180 mil­yo­nu öt­müş­dür ki, bu da pla­ne­tin ya­şı 15-dən yu­xa­rı olan əha­li­si­nin 4.2%-ni təş­kil edir.      BMT eks­pert­lə­ri dün­ya "nar­ko­sə­na­ye­si­nin" döv­riy­yə­si­ni il­də 400 mil­yard ABŞ dol­la­rı həc­min­də qiy­mət­lən­di­rir­lər ki, bu da dün­ya ti­ca­rət döv­riy­yə­si­nin 8%-ni təş­kil edir.  Konk­ret il­lə­rə gəl­dik­də isə, BMT sə­nəd­lə­rin­də 1998-ci il­də dün­ya­da 147,4 mln ma­ri­xua­na, 13,4 mln ko­ka­in, 12,9 mln isə tir­yək və onun tö­rə­mə­lə­ri­nin, xü­su­sən də he­ro­in is­teh­lak­çı­la­rı­nın  ol­du­ğu, 2008-ci il­də isə 160 mln ma­ri­xua­na (1998-ci il­lə mü­qa­yi­sə­də ar­tım 8,5%), 17 mln ko­ka­in (27% ar­tım) və 17,35 mln (ar­tım 34,5%)  he­ro­in, tir­yək və onun tö­rə­mə­lə­ri­nin is­teh­lak­çı­sı ol­du­ğu qeyd edil­miş­dir.   

  BMT-nin eks­pert­lə­ri tə­rə­fin­dən ha­zır­lan­mış nar­ko­tik­lər haq­qın­da ümum­dün­ya mə­ru­zə­si­nə  əsa­sən, 2010-cu il­də qa­da­ğan edil­miş nar­ko­tik­lə­ri azı bir də­fə qə­bul edən şəxs­lə­rin sa­yı 230 mln-a ya­xın, yə­ni pla­ne­tin əha­li­si­nin 5%-ə ( 15-64 yaş ara­sın­da olan) qə­dər ol­muş­dur.  2009-cu il­də il ər­zin­də 125 mil­yon­dan 203 mil­yo­na qə­dər in­san azı bir də­fə kan­na­bis və onun tö­rə­mə­lə­ri­ni qə­bul et­miş­dir. Bu da  ya­şı 15-64 ara­sın­da olan yer kü­rə­si əha­li­si­nin 2,8-4,5 fai­zi­ni təş­kil edir. Prob­lem­li nar­ko­is­teh­lak­çı­la­rın, yə­ni he­ro­in və ko­ka­in ası­lı­lı­ğın­dan əziy­yət çə­kən­lə­rin sa­yı 27 mln nə­fər, yə­ni dün­ya­da 15-64 yaş həd­din­də olan əha­li­nin 0,6%-ni təş­kil et­miş­dir. BMT-nin nar­ko­tik­lər­lə və ci­na­yət­kar­lıq­la mü­ba­ri­zə üz­rə ida­rə­si­nin mə­lu­mat­la­rı­na gö­rə  hər il dün­ya­da nar­ko­tik va­si­tə­lər və psi­xot­rop mad­də is­teh­lak­çı­la­rı­nın sa­yı or­ta he­sab­la 15 mln art­dı­ğı da gös­tə­ri­lir.

  2009-cu il­də  31 öl­kə­də am­fe­ta­min­lər ka­te­qo­ri­ya­sı­na aid olan nar­ko­tik mad­də­lə­rin is­teh­sa­lı üz­rə 8,5 min giz­li la­bo­ra­to­ri­ya­lar aş­kar edil­miş­dir.

  Qeyd olu­nan­lar­la ya­na­şı, son il­lər­də  mü­sa­di­rə olun­muş eks­ta­zi həb­lə­ri­nin həc­mi­nin 2 də­fə art­dı­ğı da gös­tə­ri­lir. Hər il on min­lər­lə in­san nar­ko­is­teh­lak nə­ti­cə­sin­də hə­ya­tı­nı iti­rir.

  Nar­ko­tik­lər  qlo­bal, ümum­dün­ya miq­yas­lı kri­mi­nal ma­la çev­ril­miş­dir. Bö­yük gə­lir­lər vəd et­di­yin­dən nar­ko­ti­ca­rət, var­lan­maq və sər­vət top­la­maq ar­zu­su ilə alı­şıb-ya­nan sə­bat­sız adam­la­rı dai­ma özü­nə cəlb edən bir qüv­və­yə çev­ril­miş­dir. Ha­zır­da onun­la mü­ba­ri­zə da­ha da mü­rək­kəb­ləş­miş və çə­tin­ləş­miş­dir. Be­lə ki, ci­na­yət­kar nar­ko­təş­ki­lat­lar bö­yük ma­liy­yə və­sa­it­lə­ri­nə, yük­sək tex­ni­ki, təş­ki­lat və "kadr" tə­mi­na­tı sə­viy­yə­si­nə ma­lik­dir­lər ki, bu da on­la­ra müx­tə­lif qi­tə­lər və öl­kə­lər, müx­tə­lif şə­hər və re­gi­on­lar "fəth" et­mə­yə, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın tə­qi­bin­dən ya­xa qur­tar­ma­ğa, so­si­al nə­za­rət or­qan­la­rı­nın nü­ma­yən­də­lə­ri­ni, döv­lət mə­mur­la­rı­nı rüş­vət­lə ələ al­ma­ğa im­kan ve­rir. Kor­rup­si­ya və zo­ra­kı­lıq ki­mi üsul və va­si­tə­lər­dən is­ti­fa­də edə­rək mü­tə­şək­kil nar­ko­ci­na­yət­kar qu­rum­lar bə­zi öl­kə­lər­də hö­ku­mət çev­ri­liş­lə­ri et­mə­yə, di­gər öl­kə­lər­də sa­bit­li­yi poz­ma­ğa, anar­xi­ya və xa­os ya­rat­ma­ğa ça­lı­şır, bu məq­səd­lə  ter­ror­çu­la­rın yar­dı­mın­dan is­ti­fa­də et­mək­dən be­lə çə­kin­mir­lər.

  Nar­ko­döv­riy­yə­dən əl­də edi­lən  gə­lir­lər, "çirk­li pul­lar" gə­lə­cək­də qan­lı toq­quş­ma­la­rın, in­san tə­lə­fa­tı­nın, döv­lət çev­ri­liş­lə­ri­nin və si­ya­si qətl­lə­rin ma­liy­yə mən­bə­yi­dir.

  Trans­mil­li nar­ko­sin­di­kat­lar ci­na­yət­kar fəa­liy­yət­də ən müa­sir si­lah­lar­dan, elekt­ron mü­şa­hi­də və nə­za­rət sis­tem­lə­rin­dən, təh­lü­kə­siz­li­yin tə­mi­ni­nin ən ye­ni me­tod­la­rın­dan, üsul və va­si­tə­lə­rin­dən is­ti­fa­də edir­lər. Kri­mi­nal fəa­liy­yə­tin trans­mil­li miq­yas­la­rı­nı get­dik­cə da­ha da ge­niş­lən­dir­mək məq­sə­di­lə son za­man­lar ci­na­yət­kar nar­koq­rup­laş­ma­lar qlo­bal in­for­ma­si­ya şə­bə­kə­si olan in­ter­net­dən də is­ti­fa­də edir­lər. Bun­dan baş­qa, bey­nal­xəlq elekt­ron bank şə­bə­kə­si­nə qo­şul­muş və bö­yük im­kan­la­ra ma­lik müa­sir kom­pü­ter tex­ni­ka­sın­dan is­ti­fa­də bey­nal­xəlq miq­yas­da kri­mi­nal gə­lir­lə­rin le­qal­laş­dı­rıl­ma­sı pro­se­si­ni sü­rət­lən­dir­mə­yə, da­ha ge­niş miq­yas­lar­da hə­ya­ta ke­çir­mə­yə şə­ra­it ya­ra­dır. Bu ba­xım­dan BMT eks­pert­lə­ri tə­rə­fin­dən nar­ko­biz­nes­dən əl­də edil­miş 300-800 mil­yard ABŞ dol­la­rı miq­da­rın­da pul­la­rın le­qal­laş­dı­rıl­ma­sı ba­rə­də gə­tir­dik­lə­ri rə­qəm­lər ta­ma­mi­lə re­al gö­rü­nür.   

  Sta­tis­tik rə­qəm­lər son il­lər­də Azər­bay­can­da nar­ko­ma­ni­ya­nın və nar­ko­ci­na­yət­kar­lı­ğın və­ziy­yə­ti və di­na­mi­ka­sın­da ar­tı­mın mü­şa­hi­də olun­du­ğu­nu gös­tə­rir. Res­pub­li­ka­mız­da nar­ko­ma­ni­ya və nar­ko­biz­ne­sin ya­yıl­ma­sı­na qar­şı gö­rü­lən qə­tiy­yət­li təd­bir­lə­rə bax­ma­ya­raq, bu sa­hə­də əmə­liy­yat şə­rai­ti, möv­cud kri­mi­no­gen du­rum hə­lə də mü­rək­kəb ola­raq qal­maq­da­dır.

  2005-ci il­də tibb mü­əs­si­sə­lə­rin­də nar­ko­ma­ni­ya di­aq­no­zu ilə qey­diy­yat­da olan xəs­tə­lə­rin sa­yı 17838 ol­du­ğu hal­da, 2010-cu il­də on­la­rın sa­yı əhə­miy­yət­li də­rə­cə­də (71.3%) ar­ta­raq 25005 ol­muş­dur.

  Azərbaycanda 2013-cü il daxil olmaqla Narkoloji Dispanserdə qeydiyyata alınan narkomanların sayı 28376 nəfər olmuş, onların da 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil etmişdir. Narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. Belə ki, göstərilən müddətdə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınmışdır.

  Qeydə alınmış narkomanların yaş qruplarına nəzər saldıqda isə görərik ki, onların 4 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 0,01%) 15-17 yaş, 1344 nəfəri (4,74%) 18-24 yaş, 3893 nəfəri (13,72%) 25-29 yaş, 4147 nəfəri (14,61%) 30-34 yaş, 4296 nəfəri 35-39 yaş, 3415 nəfəri (12,03%) 40-44 yaş, 3023 nəfəri (10,25%) 45-49 yaş, 2531 nəfəri ( 8,92%) 50-54 yaş, 2227 nəfəri (7,85%) 55-59 yaş, 2014 nəfəri (7,09%) 60-64 yaş, 1482 nəfəri (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil etmişdir.

  2005-ci il­də nar­ko­tik tə­sir al­tın­da cə­mi 7 ci­na­yət ha­di­sə­si qey­də alın­dı­ğı hal­da, 2012-ci il­də nar­ko­tik tə­sir al­tın­da tö­rə­di­lən ci­na­yət­lə­rin sa­yı 21,5 də­fə ar­ta­raq 150 ol­muş­dur.

  2005-ci il­də Azər­bay­can­da nar­ko­tik va­si­tə­lə­rin qey­ri-qa­nu­ni döv­riy­yə­si ilə bağ­lı 2014 ci­na­yət tö­rə­dil­di­yi hal­da, 2012-ci il­də bu növ ci­na­yət­lə­rin sa­yı 2559 ol­muş­dur.

  2012-ci il­də nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin qa­nun­suz döv­riy­yə­si ilə bağ­lı qey­də alın­mış 2559 ci­na­yət­dən 2409-u (94,1%) qa­nun­suz ola­raq nar­ko­tik va­si­tə­lə­ri və psi­xot­rop mad­də­lə­ri ha­zır­la­ma, is­teh­sal et­mə və sat­ma­(AR CM-nin 234-cü mad­də­si), 136-sı isə (5,3%) qa­nun­suz ola­raq nar­ko­tik xas­sə­li bit­ki­lə­ri kul­ti­va­si­ya et­mə (AR CM-nin 237-ci mad­də­si) ilə bağ­lı ol­muş­dur.    

  2012-ci il­də nar­ko­tik va­si­tə­lə­rin qa­nun­suz döv­riy­yə­si ilə bağ­lı ci­na­yət tö­rət­miş 2181 şəxs­dən 618-i (28,3%) əv­vəl­lər ci­na­yət tö­rə­dən­lər, 2007-i (92%) iş­lə­mə­yən­lər və oxu­ma­yan­lar, 45-i (2,1%) qa­dın­lar, 32-i (1,47%) isə xa­ri­ci və­tən­daş­lar ol­muş­dur. Bu növ kri­mi­nal əməl­lə­ri tö­rə­dən­lə­rin 5-i ye­ni­yet­mə, 558 nə­fə­ri(25,6%) 18-30 yaş ara­sın­da olan şəxs­lər, 1618-i isə yaş­la­rı 30 və da­ha yu­xa­rı olan (74,2%) şəxs­lər ol­muş­dur.

  Mü­sa­di­rə olun­muş nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin həc­mi­ni əks et­di­rən sta­tis­tik mə­lu­mat­la­ra nə­zər ye­tir­sək gö­rə­rik ki, 2005-ci il­də 245 kq nar­ko­tik va­si­tə və psi­xot­rop mad­də, o cüm­lə­dən 35 kq  tir­yək,  13,4 kq he­ro­in, 150 kq ma­ri­xua­na, 38,5 kq hə­şiş və hə­şiş ya­ğı mü­sa­di­rə edil­miş­dir.  33,1 kq nar­ko­tik va­si­tə və psi­xot­rop mad­də­nin qa­çaq­mal­çı­lıq yo­lu ilə da­xil ol­ma­sı­nın qar­şı­sı alın­mış­dır. Bu il­də 497,2 kq  nar­ko­tik va­si­tə­lər ha­zır­la­maq üçün xam­mal olan ya­şıl küt­lə ha­lın­da çə­tə­nə aş­kar edi­lə­rək məhv edil­miş­dir. 2005-ci il­lə mü­qa­yi­sə­də 2012-ci il­də mü­sa­di­rə edi­lən nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin həc­mi xey­li art­mış­dır. Be­lə ki, 2012-ci il­də 808,6 kq (2005-ci il­lə mü­qa­yi­sə­də 3,3 də­fə ar­tım) nar­ko­tik va­si­tə və psi­xot­rop mad­də mü­sa­di­rə edil­miş, mü­sa­di­rə edi­lən nar­ko­tik va­si­tə­lər­dən 90,9 kq  tir­yək (2,6 də­fə), 84,9 kq he­ro­in (6,3 də­fə ar­tıq), 312 kq ma­ri­xua­na(2 də­fə), 50,6 kq hə­şiş və hə­şiş ya­ğı (1,3 də­fə) ol­muş­dur. Bu il­də  2936,4 kq (5,9 də­fə) nar­ko­tik va­si­tə­lər ha­zır­la­maq üçün xam­mal şək­lin­də olan çə­tə­nə ya­şıl küt­lə şək­lin­də məhv edil­miş­dir.     

  Nar­ko­tik­lər­lə bağ­lı ci­na­yət­lər Azər­bay­ca­nın bü­tün re­gi­on­la­rı­na ya­yıl­mış, bu kri­mi­nal əməl­lə­rin mü­tə­şək­kil ci­na­yət­kar dəs­tə­lər tə­rə­fin­dən tö­rə­dil­mə fakt­la­rı xey­li art­mış­dır. Bey­nəl­xalq mü­tə­şək­kil ci­na­yət­kar nar­ko­sin­di­kat­la­rın Azər­bay­ca­nın əl­ve­riş­li geo­coğ­ra­fi möv­qe­yin­dən və geo­si­ya­si və­ziy­yə­tin­dən is­ti­fa­də edə­rək öl­kə əra­zi­sin­dən nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin Asi­ya öl­kə­lə­rin­dən Av­ro­pa­ya, MDB və Şi­ma­li Ame­ri­ka öl­kə­lə­ri­nə qa­nun­suz da­şın­ma­sın­da tran­zit-ke­çid mən­tə­qə­si, tran­zit öl­kə ki­mi is­ti­fa­də et­mə­yə ça­lı­şır­lar. Er­mə­ni qəsb­kar­la­rı tə­rə­fin­dən Azər­bay­can əra­zi­si­nin 20%-nin iş­ğal edil­mə­si nə­ti­cə­sin­də Azər­bay­ca­nın İran ilə döv­lət sər­hə­di­nin 132 km fak­ti­ki ola­raq nə­za­rət­siz qal­ma­sı da nar­ko­sin­di­kat­la­ra nar­ko­tik va­si­tə­lə­rin İran əra­zi­sin­dən Azər­bay­ca­nın sər­hə­din­dən keç­mək­lə qey­ri-qa­nu­ni ola­raq ma­neə­siz da­şın­ma­sı­na im­kan ya­ra­dır.

  İn­san­la­rın sağ­lam­lı­ğı­na bir­ba­şa ne­qa­tiv tə­si­rin­dən baş­qa nar­ko­ma­ni­ya­nın ic­ti­mai təh­lü­kə­li­li­yi on­dan iba­rət­dir ki, nar­ko­ma­ni­ya müx­tə­lif ta­mah-zo­ra­kı xa­rak­ter­li ci­na­yət­lə­rin tö­rə­dil­mə­si­nə şə­ra­it ya­ra­dan kri­mi­no­gen amil ki­mi çı­xış edir. Məh­kə­mə-is­tin­taq təc­rü­bə­sin­də nar­ko­tik ey­fo­ri­ya və ya abs­ti­nent sind­rom (abs­ti­nen­si­ya - nar­ko­tik va­si­tə­nin və ya psi­xot­rop mad­də­nin qə­bu­lu­nun qəf­lə­tən da­yan­dı­rıl­ma­sı nə­ti­cə­sin­də əmə­lə gə­lən və­ziy­yət ol­maq­la in­san sağ­lam­lı­ğı­nın fi­zi­ki, psi­xi, ve­qa­ta­tiv-so­ma­tik və ya nev­ro­lo­ji po­zul­ma­sı ilə xa­rak­te­ri­zə olu­nur) və­ziy­yə­tin­də nar­ko­man­la­rın ən müx­tə­lif xa­rak­ter­li ta­mah-zo­ra­kı ci­na­yət­lər tö­rət­mə­si ba­rə­də çox­say­lı fakt­lar var­dır.

  Nar­ko­man­lı­ğın ic­ti­mai təh­lü­kə­li­li­yi in­san­la­rın sağ­lam­lı­ğı­nın cid­di po­zul­ma­sın­da, in­tel­lek­tu­al­lı­ğın, ic­ti­mai fə­al­lı­ğın aşa­ğı düş­mə­sin­də, so­si­al əla­qə­lə­rin da­ral­ma­sın­da və par­ça­lan­ma­sın­da­dır. Nar­ko­tik­lər­dən is­ti­fa­də nə­ti­cə­sin­də psi­xi xəs­tə­lik­lə­rə dü­çar olan, cə­miy­yət­də tü­fey­li hə­yat sü­rən nar­ko­man­lar tə­rə­fin­dən ic­ti­mai təh­lü­kə­li əməl­lə­rin tö­rə­dil­mə­si hal­la­rı­na tez-tez rast gəl­mək müm­kün­dür.

  Uzun il­lər ər­zin­də nar­ko­tizm prob­le­mi ilə məş­ğul olan təd­qi­qat­çı­lar bu mə­sə­lə­yə to­xu­na­raq gös­tə­rir­lər ki, bü­töv­lük­də nar­ko­tizm­lə ci­na­yət­kar­lıq ara­sın­da qar­şı­lıq­lı əla­qə­nin və bun­lar ara­sın­da bi­la­va­si­tə ası­lı­lı­ğın ol­ma­sı ar­tıq heç kim­də şüb­hə do­ğur­mur. Qiy­mə­ti çox ba­ha olan və dur­ma­dan ar­tan nar­ko­tik­lər­dən ası­lı və­ziy­yə­tə dü­şən nar­ko­man, nar­ko­tik va­si­tə­lər al­maq üçün və­sa­it əl­də et­mək məq­sə­di­lə ci­na­yət tö­rət­mə­yə yük­sək ha­zır­lıq və­ziy­yə­tin­də olur. Nar­ko­tik va­si­tə­lə­rin qə­bu­lu­na eh­ti­yac güc­lən­dik­də, onun dav­ra­nı­şı­nın kri­mi­nal sə­bə­bi ar­tır. Nar­ko­ma­nın eqo­iz­mi, onun bü­tün niy­yət və hə­rə­kət­lə­ri hər han­sı bir yol­la onun üçün zə­ru­ri olan nar­ko­tik do­za­nın əl­də edil­mə­si­nə yö­nəl­miş­dir və onu hü­qu­qa­zidd hə­rə­kət­lə­rə sövq edir. Bu hal­da nar­ko­ma­ni­ya­nın xü­su­si təh­lü­kə­li­li­yi nar­ko­tik­lər­dən is­ti­fa­də­nin yal­nız şəx­siy­yə­ti məhv et­mə­sin­dən de­yil, həm­çi­nin nar­ko­ma­ni­ya­nın özü­nün ci­na­yət­lər tö­rə­dil­mə­si­nin sə­bəb­lə­rin­dən bi­ri ki­mi çı­xış et­mə­sin­dən iba­rət­dir.

  ÜST-nin eks­pert­lər ko­mi­tə­si kö­nül­lü ola­raq qə­bul edi­lən və nar­ko­ma­ni­ya­nın in­ki­şa­fı­na gə­ti­rib çı­xa­ran nar­ko­tik­lər və di­gər kim­yə­vi pre­pa­rat və mad­də­lə­rin in­san or­qa­niz­mi­nə tə­si­ri­ni xa­rak­te­ri­zə edən əsas əla­mət­lə­rin tə­yin edil­mə­si­nin zə­ru­ri və va­cib ol­du­ğu nə­ti­cə­si­nə gə­lə­rək bu əla­mət­lə­rin təs­ni­fa­tı­nı ya­rat­mış­lar. On­la­rın fik­rin­cə, bu əla­mət­lə­rin içə­ri­sin­də əsas­la­rı aşa­ğı­da­kı­lar­dır:

  - mü­əy­yən psi­xo­far­mo­ko­lo­ji ef­fek­tin alın­ma­sı məq­sə­di­lə pre­pa­ra­tın qə­bu­lu­na qey­ri-nor­mal meyl;

  - tok­sik mad­də­nin or­qa­nizm­dən çı­xar­kən psi­xo­fi­zio­lo­ji poz­ğun­lu­ğun müx­tə­lif də­rə­cə­si ilə ifa­də olu­nan və bu­nun nə­ti­cə­sin­də ya­ran­mış və­ziy­yə­tin yün­gül­ləş­di­ril­mə­si üçün əla­və nar­ko­tik do­za­sı qə­bu­lu­na qar­şı­sıa­lın­maz meyl­lə mü­şai­yət olu­nan abs­ti­nent sind­ro­mun in­ki­şa­fı;

  - konk­ret şəx­sin pre­pa­ra­tın mü­əy­yən do­za­sı­nın tək­rar qə­bu­lu­na olan ar­tıq mə­lum re­ak­si­ya­nın aşa­ğı düş­mə­si ilə xa­rak­te­ri­zə olu­nan və bu­nun­la əla­qə­dar or­qa­niz­min tə­ləb et­di­yi far­mo­di­na­mik ef­fek­tin alın­ma­sı üçün bö­yük do­za­nın qə­bul edil­mə­si­nə gə­ti­rib çı­xa­ran to­le­rant­lı­ğın mey­da­na gəl­mə­si;

  - nar­ko­tik və psi­xot­rop va­si­tə­lə­rin yük­sək bir­də­fə­lik do­za­sı­nın qə­bul edil­mə­sin­dən son­ra, ha­be­lə uzun­müd­dət­li qə­bul nə­ti­cə­sin­də şəx­siy­yə­tin və dav­ra­nı­şın də­yiş­mə­si, psi­xi poz­ğun­lu­ğun əmə­lə gəl­mə­si.

  Tibb üz­rə fəl­sə­fə dok­to­ru B.Əsə­dov "Nar­ko­ma­ni­ya­nın er­kən aş­kar olun­ma­sı, di­aq­nos­ti­ka­sı və pro­fi­lak­ti­ka­sın­da tə­xi­rə­sa­lın­maz təd­bir­lər" ad­lı mə­qa­lə­sin­də ağır xəs­tə­lik ki­mi nar­ko­ma­ni­ya­nı - nar­ko­tik­lə­rin qey­ri-tib­bi məq­səd­lər­lə is­ti­fa­də­si­nin fə­sad­la­rı, in­san sağ­lam­lı­ğı­na vur­du­ğu zə­rə­ri ba­rə­də ya­zır: "Nar­ko­ma­ni­ya­nın müt­ləq tə­za­hür­lə­ri­nə də­yiş­kən re­ak­tiv­lik sind­ro­mu pa­to­lo­ji eh­ti­ras, şəx­siy­yə­tin spe­si­fik də­yi­şik­lik­lə­ri və abs­ti­nen­si­ya sind­ro­mu da­xil­dir. Bu poz­ğun­luq­lar ona gö­rə mey­da­na çı­xır ki, nar­ko­tik mad­də­lər mü­ba­di­lə­si­nə sıx qo­şu­la­raq he­mos­ta­zı tən­zim edən­lər­dən bi­ri­nə çev­ri­lir. Nar­ko­tik mad­də­lə­rin uzun­müd­dət­li və mü­tə­ma­di sui-is­ti­fa­də­si in­sa­nın bio­lo­ji var­lı­ğı­na öl­dü­rü­cü tə­sir gös­tə­rir, da­xi­li üzv­lə­ri, əsa­sən də qa­ra ci­yə­ri da­ğı­dır, mər­kə­zi si­nir sis­te­mi­ni dəh­şət­li de­for­ma­si­ya­ya uğ­ra­dır. Nar­ko­ma­nın şəx­siy­yə­ti öz fi­zi­ki zə­if­li­yi və ru­hi sö­nük­lü­yü ilə se­çi­lir. Nar­ko­tik mad­də­lər pla­sen­tar ma­neə­ni ke­çə­rək in­san ge­no­fon­du­nu də­yiş­di­rir, döl ano­ma­li­ya­la­rı­nın ya­ran­ma­sı­na və art­ma­sı­na, ye­ni do­ğul­muş uşaq­la­rın ey­bə­cər­li­yi­nə sə­bəb olur. Əf­sus­lar ol­sun ki, nar­ko­man­dan ana­dan do­ğu­lan uşaq­da do­ğul­duq­dan az son­ra abs­ti­nent sind­ro­mun in­ki­şaf et­di­yi hal­la­ra, yə­ni ana­nın bət­nin­də uşa­ğın nar­ko­ma­na çev­ril­mə­si ha­lı­na rast gə­li­nir. Nar­ko­ma­ni­ya­nın təh­lü­kə­si həm də on­dan iba­rət­dir ki, son­ra­dan cə­miy­yə­tin deq­ra­da­si­ya­sı­na gə­ti­rib çı­xa­ra­caq, pa­to­lo­ji hal­lar­la şərt­lə­nən xro­mo­som mu­ta­si­ya­la­rı ya­ra­dır".

  Hət­ta ən zə­if be­lə nar­ko­tik be­lə hə­rə­kət­lə­rin ko­or­di­na­si­ya­sı­nı poz­ma­ğa və diq­qə­ti aşa­ğı sal­ma­ğa qa­dir­dir ki, bu da çox hal­lar­da ci­na­yət­kar eti­na­sız­lı­ğa, diq­qət­siz­li­yə, ci­na­yət­kar özü­nə­gü­vən­mə­yə gə­ti­rib çı­xa­ra bi­lər. Bun­dan baş­qa, xəs­tə eh­ti­ras­la­rın tə­si­ri və nar­ko­tik "ac­lı­ğın" dəf edil­mə­si üçün hər şe­yə ha­zır olan bir çox nar­ko­man­lar öz pa­to­lo­ji tə­lə­bat­la­rı­nı ödə­mək üçün is­tə­ni­lən ci­na­yət­lə­ri tö­rət­mə­yə ha­zır­dı­lar. Nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin is­teh­la­kı nə­ti­cə­sin­də əmək qa­bi­liy­yə­ti­nin kəs­kin aşa­ğı düş­mə­si və şəx­si büd­cə­si­nin kə­sir­də ol­ma­sı fo­nun­da to­le­rant­lıq güc­lə­nir, abs­ti­nen­si­ya də­rin­lə­şir ki, bu da nar­ko­man­la­rı qə­bul et­dik­lə­ri nar­ko­tik do­za­sı­nı kəs­kin ar­tır­ma­ğa va­dar edir. Xro­ni­ki nar­ko­man­la­rın bir ço­xu tez və ya gec nar­ko­tik va­si­tə­ni və ya psi­xot­rop mad­də­ni əl­də et­mək üçün mad­di və­sa­it­lə­rin ta­pıl­ma­sı yo­lu­nu oğur­luq, soy­ğun­çu­luq, qul­dur­luq və di­gər bu ki­mi ta­mah və ta­mah-zo­ra­kı ci­na­yət­lə­rin tö­rə­dil­mə­sin­də gö­rür­lər.

  Nar­ko­man­lıq cə­miy­yə­tin gə­lə­cə­yi üçün iki bö­yük təh­lü­kə da­şı­yı­cı­sı­dır: bi­rin­ci­si, nar­ko­ma­ni­ya ilə xəs­tə­lən­miş fər­din şəx­siy­yə­tin­də əsas­lı də­yi­şik­lik­lər baş ve­rir ki, bun­lar da, öz növ­bə­sin­də, onun və ai­lə­si­nin hə­ya­tın­da mən­fi də­yiş­mə­lə­rə gə­ti­rib çı­xa­rır. İkin­ci­si, nar­ko­ma­ni­ya ci­na­yət­kar­lı­ğın, zo­ra­kı­lı­ğın, iş­siz­li­yin art­ma­sı­na, dəh­şət­li xəs­tə­lik­lər­dən olan QİÇS və he­pa­ti­tin ya­yıl­ma­sı­na şə­ra­it ya­ra­dır.

  Bə­zi­lə­ri hət­ta nar­ko­man­la­rı mə­na­sız ye­rə və qəd­dar­ca­sı­na adam öl­dü­rən av­to­mat­lar he­sab edir­lər. Ey­ni za­man­da, av­to­mat­dan, ro­bot­lar­dan fərq­li ola­raq on­la­rın psi­xi­ka­sı nor­mal iş­lə­mir, çox za­man ida­rəe­dil­məz olur. Bir sı­ra hal­lar­da növ­bə­ti nar­ko­tik do­za üçün pul ax­ta­rı­şın­da on­lar öz ai­lə üzv­lə­ri­ni, qon­şu­la­rı­nı, dost­la­rı­nı be­lə öl­dür­mə­yə də ge­də bi­lər­lər.

  Nar­ko­tik mad­də­lə­rin is­teh­la­kı nə­ti­cə­sin­də əmək qa­bi­liy­yə­ti­nin kəs­kin aşa­ğı düş­mə­si və şəx­si büd­cə­si­nin kə­sir­də ol­ma­sı fo­nun­da to­le­rant­lıq güc­lə­nir, abs­ti­nen­si­ya də­rin­lə­şir ki, bu da nar­ko­man­la­rı qə­bul et­dik­lə­ri nar­ko­tik do­za­sı­nı kəs­kin ar­tır­ma­ğa va­dar edir. Bu qə­dər nar­ko­tik­lə­ri isə an­caq "qa­ra" ba­zar­da, özü də bö­yuk pul mü­qa­bi­lin­də əl­də et­mək müm­kün­dür. Nə­ti­cə­də hər bir xro­ni­ki nar­ko­man tez və ya gec nar­ko­tik­lə­ri əl­də et­mək üçün mad­di və­sa­it­lə­rin ta­pıl­ma­sı məq­sə­di ilə ci­na­yət­kar üsul­lar­dan is­ti­fa­də edir. Nar­ko­tik qə­bul edən şəx­sin ci­na­yət tö­rət­mə­si tə­əc­cüb­lü de­yil. Çün­ki nar­ko­tik mad­də ba­ha qiy­mə­tə sa­tıl­dı­ğın­dan, nar­ko­man bu pu­lu əl­də et­mək üçün mü­əy­yən müd­dət ola­nı­nı sərf edir, əm­la­kı­nı sa­tır, son­ra isə gə­lir ol­ma­dı­ğın­dan qul­dur­lu­ğa, oğur­lu­ğa baş­la­yır. Bir növ nar­ko­ma­ni­ya əley­hi­nə mü­ba­ri­zə apar­maq baş­qa növ ci­na­yət­lə­rin qar­şı­sı­nı al­maq de­mək­dir. Ümu­miy­yət­lə, nar­ko­man­lar və nar­ko­tik mad­də­lə­rin sa­tı­şı ilə iməş­ğul olan­lar ça­lı­şır­lar ki, var­lı adam­la­rın uşaq­la­rı­nı bu "tə­lə­yə" sal­sın­lar. Bu mad­də­ni bir də­fə da­dan gənc ar­dı­cıl ola­raq hə­min ada­mı ax­ta­ra­raq öz­lə­ri "dərd­lə­ri­nin dər­ma­nı­nı" is­tə­yir­lər.

  Be­lə­lik­lə, şəx­siy­yə­tin for­ma­laş­ma­sı­na nar­ko­ma­ni­ya və nar­ko­tiz­min da­ğı­dı­cı tə­si­ri dai­rə­si ge­niş­lə­nir və cə­miy­yə­tə zidd tü­fey­li möv­cud­luq üçün qi­da­ve­ri­ci mü­hit ya­ra­dı­lır.

  Nar­ko­tik qə­bul edən ye­ni­yet­mə­nin kri­mi­nal meyl­lə­ri xü­su­sən təh­lü­kə­li­dir. Be­lə ki, ne­qa­tiv psi­xi­ki kə­nar­laş­ma­lar onun yaş xü­su­siy­yət­lə­ri, xa­rak­te­rin zə­if­li­yi, yük­sək emo­sio­nal və­ziy­yə­ti, mə­nə­vi özü­nə nə­za­rə­tin ol­ma­ma­sı ilə bağ­lı xü­su­sən ağır­la­şır. Be­lə­lik­lə, ey­fo­ri­ya və­ziy­yə­tin­də ye­ni­yet­mə­lər yaş­lı­la­ra nə­zə­rən hü­quq­po­zun­tu­la­rı­na da­ha çox meyl­li­dir­lər. Düz­gün ol­ma­yan so­si­al-mə­nə­vi is­ti­qa­mət­lən­mə nə­ti­cə­sin­də nar­ko­tik ey­fo­ri­ya və abs­ti­nen­si­ya və­ziy­yə­tin­də olan ye­ni­yet­mə tə­rə­fin­dən tö­rə­di­lən hü­quq­po­zun­tu­la­rı və ya ci­na­yət­lər çox za­man mo­tiv­siz, mə­na­sız xa­rak­ter da­şı­yır, bə­zən van­da­lizm do­ğu­rur, bir sı­ra hal­lar­da xü­su­si qəd­dar­lı­ğı ilə fərq­lə­nir.

  Nar­ko­ma­ni­ya­nın fa­ciə­vi, qor­xunc nə­ti­cə­lə­rin­dən da­nı­şar­kən yad­dan çı­xart­maq ol­maz ki, nar­ko­ma­ni­ya, ilk növ­bə­də, adam­lar­da in­san­lı­ğı öl­dü­rə­rək məhv edir, onu şü­ur­suz bir var­lı­ğa, kim­li­yi, ye­ri-yur­du, nə­si­li bəl­li ol­ma­yan, özü­nun in­san ol­du­ğu­nu dərk et­mə­yən Ayt­ma­to­vun man­kur­tu­na çe­vi­rir.

  Be­lə­lik­lə, ar­tıq qeyd et­di­yi­miz ki­mi, nar­ko­ma­ni­ya so­si­al mə­nə­viy­ya­tın aşa­ğı düş­mə­si ol­maq­la cə­miy­yə­tə zidd, ci­na­yət­kar meyl­lə­rin və tə­ma­yül­lə­rin, tə­ca­vüz­kar­lı­ğın for­ma­laş­ma­sı­na, xü­su­sən agır ci­na­yət­lə­rin tö­rə­dil­mə­si­nə gə­ti­rib çı­xa­rır.

  Bu­nu res­pub­li­ka­mı­zın müx­tə­lif re­gi­on­la­rı üz­rə məh­kə­mə-is­tin­taq təc­rü­bə­si də təs­diq edir. Be­lə ki, nar­ko­man­lar tə­rə­fin­dən hə­yat və sağ­lam­lıq, mül­kiy­yət əley­hi­nə edi­lən ci­na­yət­lər yal­nız bir məq­sə­də - nar­ko­tik al­maq üçün və­sa­it əl­də et­mə­yə yö­nəl­miş­dir. Hər il res­pub­li­ka­nın şə­hər və kənd­lə­rin­də min­lər­lə ev ya­rı­lır, mülk qa­rət olu­nur, və­tən­daş so­yu­lur, döv­lət əm­la­kı ta­la­nı­lır, qəs­dən adam öl­dü­rü­lür, qız-gə­lin zor­la­nır, ma­şın qa­çı­rı­lır. Ci­na­yə­tin əsas iş­ti­rak­çı­la­rı da spirt­li iç­ki düş­kün­lə­ri, nar­ko­man­lar və dus­taq­xa­na­ya dü­şüb çı­xan­lar­dır. İn­san­la­rı qor­xunc, vəh­şi və va­hi­mə­li ha­la sa­lan onun duş­kün­lü­yü­dür, hə­ris­li­yi­dir. Bir də spirt­li iç­ki­lə­rə və nar­ko­tik mad­də­lə hə­ris­li­yi ha­ram­lı­ğa və ha­rın­lı­ğa hə­ris­li­yi, şəh­vət və mal döv­lət düş­kün­lü­yü­dür.

  Ta­mah­kar­lıq, qey­ri-in­sa­ni zo­ra­kı­lıq və qəd­dar­lıq vəh­şi eqo­izm - ək­sər nar­ko­man­la­ra xas olan key­fiy­yət­lər­dir. O da ay­dın­dır ki, nar­ko­tik­lər olan yer­də ci­na­yət də var­dır. Bu bə­la­ya müb­tə­la olan­lar heç də qu­zu de­yil­lər. On­la­rın bir ço­xu nar­ko­tik va­si­tə al­ma­ğa gö­rə pu­lu oğur­luq, qul­dur­luq, soy­cun­çu­luq yo­lu ilə qa­za­nır. Bu məq­səd­lə adam öl­dür­mək­dən be­lə çə­kin­mir­lər. Nar­ko­ma­nın göz­lə­ri qar­şı­sın­da onun bir pə­rəs­tiş­ka­rı və səc­də­ga­hı ol­du­ğu hal­da han­sı vic­dan­dan, tə­miz­lik­dən və ül­vi hiss­lər­dən da­nış­maq olar?

  Azər­bay­can­da nar­ko­ci­na­yət­kar­lıq­la mü­ba­ri­zə sa­hə­sin­də bö­yük iş­lər gö­rül­müş, uğur­lu ad­dım­lar atıl­mış­dır. Öl­kə­də bu sa­hə­də qa­nun­ve­ri­ci­lik ba­za­sı iş­lə­nib ha­zır­lan­mış, bir sı­ra təş­ki­la­ti, mad­di-tex­ni­ki və di­gər xa­rak­ter­li mə­sə­lə­lər həll edil­miş­dir. La­kin bu­nun­la ki­fa­yət­lən­mək və sa­kit­ləş­mək ol­maz. Cə­miy­yə­ti­mi­zin, ay­rı-ay­rı ic­ti­mai bir­lik və təş­ki­lat­la­rın, ən müx­tə­lif döv­lət struk­tur­la­rı­nın, xü­su­sən də hü­quq-mü­ha­fi­zə və di­gər so­si­al nə­za­rət or­qan­la­rı­nın bu is­ti­qa­mət­də səy­lə­ri­nin bir­ləş­di­ril­mə­si və güc­lən­di­ril­mə­si va­cib­dir. Nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin qa­nun­suz döv­riy­yə­si­nə və nar­ko­man­lı­ğa adek­vat əks tə­sir gös­tər­mək məq­sə­di­lə qə­bul edi­lən və hə­ya­ta ke­çi­ri­lən, təş­ki­la­ti, tex­ni­ki, el­mi-me­to­di­ki, kadr, in­for­ma­si­ya,  psi­xo­lo­ji və tib­bi xa­rak­ter da­şı­yan ümum­so­si­al və xü­su­si (o cüm­lə­dən də, xü­su­si-kri­mi­no­lo­ji) təd­bir­lə­rin komp­leks­li­li­yi­nin, fa­si­lə­siz­li­yi­nin, ar­dı­cıl­lı­ğı­nın və sə­mə­rə­li­li­yi­nin xey­li ar­tı­rıl­ma­sı­nı tə­ləb edir.

  Hü­quq-mü­ha­fi­zə or­qan­la­rı bu gün tək­lik­də bu prob­le­mi həll et­mək, nar­koe­pi­de­mi­ya­nın ya­yıl­ma temp­lə­ri­ni aşa­ğı sal­maq iq­ti­da­rın­da de­yil­dir. Ümu­miy­yət­lə, tək­cə rep­res­siv təd­bir­lər­lə, sərt ci­na­yət-hü­qu­qi sank­si­ya­lar­la bu prob­le­mi həll et­mək qey­ri-müm­kün­dür.  Dün­ya­nın bir sı­ra öl­kə­lə­ri­nin təc­rü­bə­si gös­tə­rir ki, həd­dən ar­tıq sərt­li­yi ilə se­çi­lən qa­nun­ve­ri­ci­lik ba­za­sı, ci­na­yət-hü­qu­qi təd­bir­lər komp­lek­si prob­le­min həl­li­nə kö­mək et­mə­miş, nar­ko­tiz­min və nar­ko­ma­ni­ya­nın ne­qa­tiv meyl­lə­ri­nin qar­şı­sı­nın alın­ma­sı­na gə­ti­rib çı­xart­ma­mış­dır.

  Nar­ko­ma­ni­ya və nar­ko­tizm­lə ef­fek­tiv mü­ba­ri­zə apar­maq,  cə­miy­yət və şəx­siy­yət üçün ol­duq­ca təh­lü­kə­li olan tə­za­hür­lə­rin ya­yıl­ma­sı­nın qar­şı­sı­nı qə­tiy­yət­lə al­maq, nar­ko­tik va­si­tə­lər­dən və psi­xot­rop mad­də­lər­dən ası­lı­lı­ğın tib­bi, so­si­al, psi­xo­lo­ji və iq­ti­sa­di xa­rak­ter­li mən­fi nə­ti­cə­lə­ri­ni ara­dan qal­dır­maq is­tə­yən ha­mı­nın, o cüm­lə­dən döv­lət or­qan­la­rı­nın, ic­ti­mai təş­ki­lat­la­rın, ay­rı-ay­rı və­tən­daş­la­rın xü­su­si diq­qə­ti­ni tə­ləb edir. Ona gö­rə də onun­la mü­ba­ri­zə­yə hər bir öl­kə­nin apa­rı­cı kri­mi­no­loq­la­rı, nar­ko­loq­la­rı, psi­xo­loq­la­rı, psi­xi­atr­la­rı, so­sio­loq­la­rı, ha­be­lə xa­ri­ci öl­kə­lə­rin mü­tə­xəs­sis­lə­ri cəlb edil­mə­li­dir. Nar­ko­man­lı­ğın qar­şı­sı­nın alın­ma­sın­da və nar­ko­biz­nes­lə mü­ba­ri­zə­də hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə bə­ra­bər sə­hiy­yə və təh­sil mü­əs­si­sə­lə­ri də xü­su­si rol oy­na­ma­lı­dır­lar. Ey­ni za­man­da, nak­ro­man­lı­ğın pro­fi­lak­ti­ka­sın­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin, mət­bu­at, ra­dio və te­le­vi­zi­ya­nın, xü­su­sən də in­ter­ne­tin  im­kan­la­rın­dan da­ha ge­niş və sə­mə­rə­li şə­kil­də is­ti­fa­də edil­mə­li­dir.

  Nar­ko­ma­ni­ya­nın ya­yıl­ma­sı ilə mü­ba­ri­zə­də ən va­cib is­ti­qa­mət­lər­dən bi­ri də res­pub­li­ka əha­li­si ara­sın­da sağ­lam hə­yat tər­zi­nin təb­li­ği və gənc­lə­rin nar­ko­tizm əley­hi­nə düz­gün və sis­te­ma­tik tər­bi­yə­lən­di­ril­mə­si­dir. Gənc nə­sil əha­li­nin nar­ko­ma­ni­ya­nın to­ru­na rast gəl­di­yi ya­nıl­ma­dan, çə­tin­lik­lər­dən, mü­na­qi­şə­lər­dən on­la­rı dəf et­mək­də çə­tin­lik çək­di­yin­dən sı­nan ən göv­rək his­sə­si­dir. Ək­sə­riy­yət, əsa­sən də gənc­lər nar­ko­ma­ni­ya­nın nə ol­du­ğu haq­da heç dü­şün­mür­lər. İc­ti­mai fi­kir  bu so­si­al bə­la hə­qi­qi mü­ba­ri­zə­yə hə­lə tam ha­zır de­yil­dir.

  Nar­ko­ma­ni­ya və nar­ko­tiz­min re­al və­ziy­yə­ti, onu do­ğu­ran so­si­al-iq­ti­sa­di ha­di­sə­lə­ri, nar­ko­tizm­lə mü­ba­ri­zə­də döv­lə­tin, cə­miy­yə­tin möv­cud im­kan, qüv­və və va­si­tə­lə­ri tam və dol­ğun şə­kil­də təh­lil edi­lib qiy­mət­lən­di­ril­mə­li­dir. Na­ra­hat­lıq, tə­laş və va­hi­mə­dən, re­al və­ziy­yə­tin mü­əy­yən edil­mə­si­nə və də­qiq təh­li­li­nə ke­çil­mə­li, nar­ko­ma­ni­ya və nar­ko­tiz­mi xa­rak­te­ri­zə edən əsas gös­tə­ri­ci­lər kə­miy­yət və key­fiy­yət ba­xı­mın­dan ifa­də edil­mə­li­dir. Ye­ni­yet­mə və gənc­lə­rin nar­ko­ma­ni­ya və nar­ko­biz­nes "to­ru­na" düş­mə­si­nin qar­şı­sı­nı al­maq məq­sə­di­lə döv­lət və cə­miy­yə­tin bü­tün im­kan­la­rı sə­fər­bər edil­mə­li, əks zər­bə­nin əsas is­ti­qa­mət­lə­ri, stra­te­gi­ya­sı və tak­ti­ka­sı də­qiq he­sab­lan­ma­lı­dır. İs­tər keç­miş ənə­nə­lə­rə, is­tər­sə də dün­ya təc­rü­bə­si­nə is­ti­nad edi­lə­rək, nar­ko­tiz­mə tə­si­rin ən sə­mə­rə­li üsul­la­rı ax­ta­rı­la­raq ta­pıl­ma­lı­dır. Zən­ni­miz­cə, nar­ko­ma­ni­ya və nar­ko­tizm­lə mü­ba­ri­zə­də ay­rı-ay­rı ic­ti­mai təş­ki­lat­la­rın, xey­riy­yə cə­miy­yət­lə­ri­nin, di­ni qu­rum­la­rın im­kan­la­rın­dan və ba­ca­rıq­la­rın­dan mak­si­mum is­ti­fa­də edil­mə­li­dir.

  Be­lə­lik­lə, cə­miy­yə­ti­miz nar­ko­ma­ni­ya və nar­ko­tizm­lə mü­ba­ri­zə­nin baş­lan­ğıc mər­hə­lə­sin­də­dir və hə­lə çox iş­lər gö­rül­mə­li­dir. Biz öy­rən­mə­li, el­mi-tex­ni­ki, təş­ki­la­ti-me­to­di­ki, hü­qu­qi və di­gər va­si­tə­lə­rin kö­mə­yi ilə nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin Azər­bay­ca­na gə­ti­ril­mə­si ka­nal­la­rı­nı tam aş­kar et­mə­yi ba­car­ma­lı, nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin qa­nun­suz döv­riy­yə­si ilə bağ­lı ci­na­yət­lə­rin açıl­ma­sı və is­tin­ta­qı­nın el­mi-me­to­di­ki, tak­ti­ki-pro­ses­su­al ba­za­sı­nı da­ha da tək­mil­ləş­dir­mə­li, nar­ko­tik va­si­tə­lə­rin və psi­xot­rop mad­də­lə­rin kri­mi­na­lis­tik təd­qi­qa­tı­nın müa­sir in­for­ma­si­ya-kom­pü­ter tex­no­lo­gi­ya­la­rı­na əsas­la­nan ən ye­ni və ef­fek­tiv me­tod­la­rı­nı və me­to­di­ka­la­rı­nı iş­lə­yib ha­zır­la­ma­lı­yıq. Qeyd olu­nan­lar­la ya­na­şı, nar­ko­ma­ni­ya və nar­ko­tiz­min pro­fi­lak­ti­ka­sı üz­rə fəa­liy­yə­tin sə­mə­rə­lə­lik də­rə­cə­si­ni yük­səlt­mə­li, nar­ko­man­la­rın müa­li­cə­si üz­rə mad­di-tex­ni­ki ba­za­nı, rea­bi­li­ta­si­ya mər­kəz­lə­ri şə­bə­kə­si­ni ya­rat­ma­lı, on­la­rı müa­li­cə edə­rək nor­mal hə­ya­ta qay­tar­ma­ğı öy­rən­mə­li­yik. Bir söz­lə, qar­şı­da asan ol­ma­yan, bö­yük za­man, qüv­və və ba­ca­rıq, təm­kin və sə­bir tə­ləb edən, ol­duq­ca çə­tin və mü­rək­kəb, komp­leks  xa­rak­ter da­şı­yan bir iş du­rur. Hər bi­ri­miz bu­na, ar­dı­cıl, fa­si­lə­siz və qə­tiy­yət­lə hə­ya­ta ke­çi­ril­mə­li olan   nar­ko­man­lı­ğın pro­fi­lak­ti­ka­sı və nar­ko­biz­nes­lə mü­ba­ri­zə işi­nə ha­zır ol­ma­lı­yıq.

 

Şa­his­ma­yıl Şı­xə­li­yev,

Zem­fi­ra Məm­mə­do­va

Azər­bay­can Res­pub­li­ka­sı Əd­liy­yə Na­zir­li­yi Məh­kə­mə Eks­per­ti­za­sı Mər­kə­zi­nin əmək­daş­la­rı




Baxılıb: 3022