“Narkotik maddələrin cəmiyyət üçün mənfi təzahürləri”

   Azərbaycan  Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, pisxotrop maddələrin və onların  prekursorların  qanunsuz  dövriyyəsinə  və  narkomanlığa  qarşı  mübarizəyə  dair  2013-2018-ci  illər  üçün  Dövlət  Proqramı”nın  icrası  ilə  əlaqədar  rayonun  Gənclər  və  idman, Polis idarələri, Təhsil, Səhiyyə şöbələri və Abşeron Rayon  İcra  Hakimiyyəti  başçısı yanında yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının müdafiəsi  üzrə  Komissiya ilə  birgə  tədbirlər  planı hazırlanmış,  həyata  keçməsi  üçün  işlər  aparılmışdır. Belə ki,  tədbirlər  planına  uyğun  olaraq  Təhsil şöbəsinin işçiləri  məktəblərdə və məktəbdənkənar  tərbiyə  müəssisələrində “Narkotik maddələrin cəmiyyət üçün mənfi təzahürləri” Narkomanlığa və QİÇS-ə qarşı mübarizə  mənəviyyatın  xilası  deməkdir,” “Narkotik  maddələrin  cəmiyyətdə  törətdiyi  fəsadlar” və  s. mövzularda  “dəyirmi  masa”lar  və  yığıncaqlar  keçirmişlər. 

   “Narkomaniya  və narkotik maddələrin qanunsuz dövriyyəsinə  qarşı  mübarizə”  haqqında  verilən  fərman  və  sərəncamların icrası ilə əlaqədar və  eləcə də  narkotik  vasitələrin, psixotrop maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  və  narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın həyata  keçirilməsi  sahəsində  rayon  komissiyası  bir  sıra  tədbirlər  həyata  keçirmişdir. 

   Yeniyetmə  və  gənclər  arasında müntəzəm  olaraq  “Mənim  yaxınım  narkoman olsa” mövzusunda  sosioloji sorğu, narkotikasız sağlam həyat  mövzusunda  rəsm  sərgisi  və  “Narkomanlığa  qarşı  mübarizə  mənəviyyatın  xilası  deməkdir”  mövzusunda  inşa  yazı  müsabiqəsi  keçirilmişdir. 

   Narkomanlığın  profilaktikası  mövzusunda  kütləvi  informasiya  vasitələrində  materiallar  verilmiş,  təbliğat və maarifləndirmə  işi  aparılmışdır.  Qaçqın  və  məcburi  köçkün  yeniyetmə  və gənclərin məskunlaşdığı  yerlərdə  təbliğat  və  maarifləndirmə  işləri  həyata keçirilmişdir. 

   Gənclər  və  idman  idarəsinin  bu  sahədə  gördüyü  ən  mühüm  tədbirlərdən biri gənclərin sağlam  həyat  ruhunda tərbiyə olunması, asudə  vaxtlarının  səmərəli  keçirməsidir.  Bunun  üçün  idman  tədbirlərinə  geniş  yer  verilir  və  belə  tədbirlərin  keçirilməsinin  kütləvi  hal  almasına  çalışılır.  Rayonumuzda  kütləvi  idman  növlərindən olan futbola  və  karateyə  daha  çox  gəncləri  cəlb  etmək  üçün  bu idman növləri üzrə rayon  birincilikləri  keçirilir.  Respublika  səviyyəli  yarışlarda  iştirak  edilir. Artıq  8500-ə  yaxın gənc  idmanla  məşğul  olmağa  cəlb  edilmişdir və RİH-in müvafiq  komissiyalarının  iştirakı  ilə  narkotik  vasitələrin  psixotrop maddələrin prekusorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr  olunmuş  seminarlar  keçirilmişdir. 

   Dövlət  Proqramının  icrası  ilə  əlaqədar  “Xaş-Xaş-2014”  şərti  adlı  kompleks  əməliyyat  axtarış profilaktik tədbirlər planının həyata  keçirilməsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin yerlərdə  nümayəndəliklərinin  və  Abşeron  rayon  polis  idarəsinin  rəhbərliyinin  iştirakı  ilə  Xırdalan  şəhərində, kəndlərdə, məktəblərdə   və  bunlara  misal  olaraq  Xırdalan  şəhər  1,2,3,5,9  saylı tam orta  məktəblərində,  Qobu  qəsəbə  1,2,3  saylı  orta  məktəblərində  Mehdiabad  qəsəbə  1,2,3  saylı  orta  məktəblərində  və  Hökməli  qəsəbə  tam  orta  məktəbində  “Narkomaniya  əsrin  bəlasıdır”  və  digər  mövzularda  yeniyetmələr  çıxışlar  etmişdir. 

   Rayon  ərazisində  narkotik  tərkibli  bitkilərin  qanunsuz  əkinlərini  aşkar  etmək,  narkotik vasitələrin hazırlanmasının qarşısını  almaq  məqsədi  ilə  narkotiklərlə  mübarizə  qrupunun  əməkdaşlarının  rəhbərliyi  altında  və  digər  xidmət sahələrinin  iştirakı  ilə  əməliyyat-axtarış  tədbirləri  keçirilmişdir. 

   Abşeron  Rayon Polis İdarəsinin narkotiklərlə  mübarizə  qrupunun  əməkdaşları daxil  olmuş  məlumatlara  əsasən  narkotiklərlə  bağlı  bir  sıra  tədbirlər  həyata  keçirmişlər. Keçirilmiş  əməliyyat  tədbirləri  nəticəsində  2015-ci  il  ərzində   narkotiklərlə  bağlı  109  cinayət  faktı  qeydə  alınmışdır.  Bunlardan  20 fakt satış, 3 fakt əkin 86 fakt narkotik vasitələrdən istifadə  etməkdir.  Tutulub  saxlanılanlar  arasında  107  nəfər  kişi,  2  nəfər  qadın  olmuşdur. 

   2015-ci il ərzində rayonun qəsəbə və kəndlərində yerləşən ümumtəhsil  məktəblərində,  Xırdalan  şəhər  Heydər Əliyev Mərkəzinin  akt  zalında  rayon komissiyasının  təşkilatcılığı ilə Abşeron Rayon İcra Hakimiyyəti və Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən “Narkomanlığa  qarşı  mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda geniş seminar keçirilmişdir. Seminarın işində Narkomanlığa  və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə  üzrə  Dövlət  Komissiyasının İşçi  qrupunun  məsul  işçiləri  Raqif  Allahverdiyev, Şahin İsmayılov və  Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni iştirak  etmişlər.  Keçirilən  tədbirlər  kütləvi  informasiya  vasitələrində  geniş  işıqlandırılmışdır. 

Fuad Cəbrayılov,

Abşeron Rayon İcra Hakimiyyəti başçısının

müavini, Narkomanlığa və Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Rayon Komissiyasının sədri




Baxılıb: 867