Zaqatala rayonunda “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi praktik konfrans keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 01 dekabr 2016-cı il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda konfrans keçirilmişdir.

   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

   Dövlət himni səsləndikdən sonra  Zaqatala Rayon İcra Hakimiyyəti başçısı konfransı açıq elan edərək, onun ictimai və siyasi əhəmiyyətindən danışmışdır Daha sonra konfransda çıxış edən Nazirlər Kabineti Hərbi və inzibati orqanlar şöbəsi müdirinin müavini,  Zaqatala Rayon Polis Şöbəsinin rəisi, Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin, Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məsul əməkdaşları Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə,  narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq,  maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər.

  Tədbirdə mövzu ilə bağlı slaydlar, o cümlədən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotiklərin insan orqanizminə məhvedici təsirini və eyni zamanda sağlam həyat tərzinin təbliğini izah edən qısametrajlı sosial video çarx nümayiş olunub,

    O cümlədən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkomaniya və narkotik əleyhinə  zəruri təbliğat materialları  paylanılıb. 

    Konfransın rəsmi hissəsindən sonra Zaqatala rayon məktəblilərin narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

     Tədbir  televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 1130