Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi veb səhifəsi yenilənmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Narkomanlığa və narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nmdk.gov.az  rəsmi veb səhifəsi vahid sistem konsepsiyası altında daha müasir dizayna və yeni veb 2.0 proqramlaşdırma texnologiyalarına əsaslanaraq yenilənmişdir.

     Belə ki, veb saytın məlumatların idarəetmə sisteminin əlavə olaraq 2 dildə (rus və ingilis) yaradılması, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqlamlaşdırma texnologiyaları üzərində qurulması, həmçinin xəbər və məqalələrin müxtəlif sosial şəbəkələrdə paylaşılması təmin edilmişdir. Bundan əlavə, axtarış modulu və saytın açıq statistikası yaradılmışdır.




Baxılıb: 1272