473 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 14 dekabr 2016-cı il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 199 məhkəmə hökmü ilə müsadirə olunmuş 473 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 1 kq-dan artıq psixotrop maddə və 2116 ədəd çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

   Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 264 kq 252,778 marixuana, 164 kq 542,743 qr tiryək, 27 kq 446,626 qr heroin, 16 kq 542,743 qr həşiş qətranı, 1 kq-dan artıq psixotrop maddə və 2116 ədəd çətənə bitkisi təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 12 milyon manat təşkil edir).

   Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1192