Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün yeddi adda 10 min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

  Cari il ərzində Dövlət Komissiyasınınİşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Özünə inan, həyati sev narkotiklərə yox de”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkotiklər bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır”, “Marixuana Haqqında Həqiqət”, “Narkotiklər haqqında həqiqəti bilin” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.




Baxılıb: 1622