“Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” adlı yeni sosial rolik hazırlanıb

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.35-ci bəndinə müvafiq olaraq, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” adlı yeni sosial rolik (sayca dördüncü) hazırlanmışdır.

   Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində insan orqanizmində mərhələli qayda da baş verən dəyişikliklər və sonda onun məhvedici təsiri aydın təsvir olunmuşdur. Video çarx “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” xəbərdaredici məlumat və şüarı ilə tamamlanmışdır.

   Sosial rolikin cari il ərzində geniş kütlə arasında nümayiş etdirilməsi nəzərdə tutulur.   




Baxılıb: 1785