“Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi” Azərbaycan və İngilis dillərində hazırlanmışdır.

  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi,sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi” Azərbaycan və İngilis dillərində hazırlanmışdır. 
   Qeyd olunan məruzədə həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli cinayət faktlarının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin müsadirə olunmuş narkotiklərin məhvi prosesinə aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.




Baxılıb: 1306