Yeni sosial rolik “28 Mall” Ticarət və Əyləncə Mərkəzinin kinoteatrında yayımlanmağa başlanılıb.

   İctimai maarifləndirmə və sağlam həyat tərzininin təbliği istiqamətində görülən işlərin davamı olaraqDövlət Komissiyasının İşçi qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanmış “Ən doğru seçim- Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı yeni sosial rolik cari ilin 15 mart tarixindən etibarən ölkə üzrə kinoteatr şəbəkəsi olan “Cinema Plus LLC” şirkətinə məxsus kinoteatrda (“28 Mall” Ticarət və Əyləncə Mərkəzi) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanmağa başlanılmışdır.




Baxılıb: 1286