Növbəti təlim–məşğələ Şəmkir rayonunda keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun,  Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının  iştirakı ilə 06 aprel 2017-ci il tarixdə rayon komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu,  orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ keçirilmişdir.

   Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə məlumatlar vermiş, həmçinin təlim iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən  ətraflı şəkildə cavablandırılmış və mövzu ətrafında  geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar (o cümlədən təlim materialları elektron variantda da əlavə olunaraq) xüsusi qovluqlarda  təlim iştirakçılarına təqdim olunub.

   Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1823