Goranboy rayonunda seminar-məşğələ keçirilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Goranboy  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə cari ilin 11 aprel tarixində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələ keçirilib.

   Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.

   Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyəti orqanların əməkdaşları təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

 




Baxılıb: 1096