Maştağa qəsəbəsində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.

  Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının, Rayon Polis İdarəsinin birgə təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 12 aprel 2017-ci il tarixdə Maştağa qəsəbəsi 209 saylı tam orta məktəbin akt zalında “Narkomaniyaya yox deyək”  mövzusunda tədbir keçirilmişdir.

   Tədbirin rəsmi hissəsindən öncə məktəblilər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisi nümayiş olunmuşdur.

  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşı, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri.iştirakçılara paylanılmışdır.      

   Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1068