Metro stansiyalarında həyata keçirilən sosial layihə uğurla davam etdirilir

   Sağlam həyat tərzininin təbliği məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 5 ədəd 146x96 sm ölçüdə sosial lövhə cari ilin 24 aprel tarixindən etibarən mövcud olanlara əlavə olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Neftçilər”, “Xalqlar Dostluğu”, “Nəriman Nərimanov”, “Gənclik”, “Həzi Aslanov” stansiyalarında quraşdırılmış və üzünmüddətli nümayişi nəzərdə tutulmuşdur.

   Beləliklə, cari il ərzində sosial layihə çərçivəsində metro stansiyalarında hal-hazırda ümumilikdə 25 lövhənin yerləşdirilməsi təmin edilmişdir.




Baxılıb: 1555