“Narkomaniyaya yox” devizi altında “Zərərli vərdişlərlə mübarizəyə sən də qoşul!” mövzusunda tədbir keçirilmişdir.

   26 aprel 2017-ci il tarixində Yasamal rayon Gənclər və İdman idarəsi və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox” devizi altında “Zərərli vərdişlərlə mübarizəyə sən də qoşul!” mövzusunda tədbir keçirilmişdir.

   Rayon İcra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Yasamal Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  məsul əməkdaşları, rayon komissiya üzvləri, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə) və yuxarı sinif şagirdləri iştirak etmişlər.

   Tədbirdə mövzu ətrafında çıxış edən natiqlər, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

    Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1382