Profilaktik tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədilə seminar-müşavirələr keçiriləcək

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən cari ilin may ayı ərzində Lənkəran, Xacmaz, Qusar, Siyəzən, Şabran, Astara, Masallı, Neftçala şəhər və rayonlarında narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulur.

   Seminar-müşavirələrdə, Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, yerli komissiyaların üzvləri və aidiyyəti müvafiq qurumlarının nümayəndələrinin mövzuya dair çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

     Eyni zamanda  seminar çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə hazırlanmış zəruri təbliğat və metodik materialları iştirakçılara paylanılacaq.




Baxılıb: 964