“Ən doğru seçim- Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı sosial rolik kinoteatrlarda yayımlanır

   İctimai maarifləndirmə istiqamətində görülən işlərin davamı olaraq, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanmış “Ən doğru seçim- Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı yeni sosial rolik cari ilin 20 may tarixindən etibarənölkəüzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus “Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzi və “Amburan Mall”da yerləşən kinoteatrlarda kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanmağa başlanılmışdır.

  Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində insan orqanizmində mərhələli qayda da baş verən dəyişikliklər və sonda onun məhvedici təsiri aydın təsvir olunmuşdur. Video çarx “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” xəbərdaredici məlumat və şüarı ilə tamamlanmışdır.




Baxılıb: 1230