BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, mayın 31-də Nazirlər Kabinetində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) tərəfindən birgə icra olunan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal  Proqram”ının əməkdaşları ilə görüş keçirilmişdir.

   Səfərin məqsədi çərçivəsində Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal  Proqramının Azərbaycanda icrası və bu sahədə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi  aparılmışdır.

  Görüşdə Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Elman Gərayzadə, Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Ağadayı  Ağayev, Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteynerlərə Nəzarət Proqramının Regional Koordinatorları Batır Geldiyev, Naida Camilova, Tofiq Mürşüdlü, Ketil Ottersen, Norbert Steilen, İqor Kondratyev və o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Azərbaycan ofisinin hüquq mühafizə orqanları ilə İş üzrə lahiyələrinin əlaqələndiricisi Sevil Qənbərova iştirak etmişdir.

   Dovlət Komissiyasının İşçi qrupu tərəfindən azərbaycan və ingilis dillərində hazırlanmış “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi”  BMT-nin nümayəndə heyətinə təqdim edildi.




Baxılıb: 1251