Narkotiklərin ziyanını əks etdirən sosial rolik MetroPark Ticarət və Əyləncə Mərkəzində yayımlanır

   İctimai maarifləndirmə istiqamətində görülən işlərin davamı olaraq, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanmış “Ən doğru seçim- Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı yeni sosial rolik cari ilin 05 iyun tarixindən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin bütün monitorlarında  işıqlandırılır.

  Qeyd olunansosial rolikdə narkotiklərdən istifadə nəticəsində insan orqanizmində mərhələli qayda da baş verən dəyişikliklər və sonda onun məhvedici təsiri aydın təsvir olunmuşdur. Yekun olaraq video çarx “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” xəbərdaredici məlumat və şüar ilə tamamlanmışdır.




Baxılıb: 1269