“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya tablolarında

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına əsasən, “26 iyun-Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ərəfəsində həyata keçirilən ictimai maarifləndirmə tədbirlərinin davamı olaraq “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formatda) 2017-ci ilin 23 iyun tarixindən etibarən (20 gün müddətində) Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında nümayiş olunur.




Baxılıb: 1432