“Narkomaniya ağ ölümdür” mövzusunda maarifləndirici tədbir keçirilib

  22 iyun 2017-ci il tarixdə İsmayıllı Gənclər Mərkəzində “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar İsmayıllı rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə hüquq- mühafizə orqanlarının əməkdaşları, Gənclər və idman idarəsinin, Peşə Tədris Mərkəzinin, Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak edib.

    Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev narkomaniya və onun fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat verib

  Tədbirdə İsmayıllı Rayon  Mədəniyyət evinin Xalq trubasının səhnələşdirdiyi “Acı taleh“ tamaşası izlənilib.Tamaşa maarifləndirici xarakter daşımaqla, narkomaniyaya düçar olan gənc bir ailənin faciəsindən bəhs etməklə tədbirdə iştirak edən hər bir kəsə narkomaniyaya yox deyək ruhu aşılaıyıb.




Baxılıb: 1295