Avtobus dayanacaqlarında narkomanlıqla mübarizəyə dair yeni sosial lövhələr quraşdırılıb

   2017-ci ilin iyul ayında Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr mövcud olanlara əlavə olaraq Bakı şəhəri üzrə daha 10 avtobus dayanacağında quraşdırılmışdır.

    Beləliklə, cari il ərzində ümumilikdə şəhər üzrə avtobus dayanacaqlarında 95 lövhənin yerləşdirilməsi təmin edilmişdir.




Baxılıb: 1212