Narkomanlıqla mübarizəyə dair əlavə yeni sosial lövhələr quraşdırılıb

   Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən həyata keçirilən ictimai maarifləndirmə tədbirlərinin davamı olaraq, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 300x500 sm ölçüdə lövhələr 2017-ci ilin avqust ayı ərzində Bakı şəhəri üzrə daha 10 küçədə quraşdırılmışdır.

      Beləliklə, cari il ərzində sosial layihə çərçivəsində ümumilikdə 55 lövhənin yerləşdirilməsi təmin edilmişdir.




Baxılıb: 1315