Narkotiklərin ziyanı ilə bağlı “Bakcell” abunəçilərinə SMS-bildiriş göndərilməyə başlanılıb

    Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarının davamı olaraq cari ilin 03 avqust tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-82-44) göndərilməsinə başlanılıb.

      SMS-lər mərhələli qaydada 7 gün ərzində təqribən 2 milyondan çox abunəçiyə ünvanlanacaq.




Baxılıb: 1409