Narkomaniyaya qarşı mübarizə hər birmizin işidir

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi məqsədilə Siyəzən Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlğa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya 2017-ci  ilin 7 ayı ərzində müəyyən tədbirlər hazırlayıb həyata keçirmişdir.

Siyəzən Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya 2017-ci il üçün tərtib olunmuş İş planına uyğun fəaliyyət göstərmişdir. İş planı tərtib olunarkən Azərbaycan  Respublikası  Narkomanlığa  və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə  üzrə  Dövlət  Komissiyasının  tövsiyə və tapşırıqları nəzərə alınmışdır.   

Müvafiq proqramın 4.4.9-cu bəndinə uyğun olaraq aidiyyəti orqanlar tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, həmin təşkilatların imkanlarının əlaqələndirilməsini təmin etmək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, həyata keçirilən tədbirlərin lazımı effekt verməsi, qarşıya çıxan problemlərin həll edilməsi məqsədilə komissiyanın 7 fevral 2017-ci il tarixində iclası keçirilmişdir. İclasda aidiyyəti təşkilatlar tərəfindən görülmüş işlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilərək onların icrası nəzarətdə saxlanılmışdır.

Keçirilən çoxsaylı tədbirlərdə rayon Ağsaqqallar Şurasının, “Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin, Siyəzən cümə məscidinin nümayəndələri çıxış edərək gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ olunması və layiqli vətəndaş kimi formalaşmaları üçün öz dəyərli tövsiyələrini vermişlər.

Müvafiq proqramın 4.4.11-ci və 4.4.18-ci bəndlərinə uyğun olaraq Komissiya narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanları və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinə diqqət yetirmişdir.

Komissiya Siyəzən Rayon Mərkəzi Poliklinikasında həkimlərin iştirakı ilə 2 mart 2017-ci il tarixində “Narkomaniya ağ ölüm” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Həmçinin rayon Gənclər və idman İdarəsi 2017-ci ilin I yarımilliyi üçün tədbirlər planına əsasən 15 aprel 2017-ci il tarixdə Gənclər Mərkəzində rayon Təhsil şöbəsi ilə birgə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azrəbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda elan edilmiş rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimini keçirmişdir.

Komissiyanın təşkilatçılığı ilə 13 may 2017-ci il tarixində Yenikənd kənd tam orta məktəbində və 27 may 2017-ci il tarixində Siyəzən şəhər 5 saylı tam orta məktəbdə müəllim və şagird kollektivinin, rayon Polis şöbəsinin, rayon Mərkəzi poliklinikasının, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin, rayon Təhsil şöbəsinin əməkdaşlarının və digər ictimaiyət nümayəndələrinin iştirakı ilə “Narkomaniya ilə mübarizə, dini radikalizm böyük fəsadlar törədir” mövzularında geniş tərkibdə tədbirlər keçirilmişdir.

Rayon Mərkəzi poliklinikasında narkotiklərdən asılılığı olan şəxslərin vaxtında aşkar edilərək tibbi müayinəyə cəlb olunmasını və onların müalicəyə göndərilməsini təmin etmək və tibbi-sosial reabilitasiyasına nail olmaq məqsədilə Narkoloji tibbi kabinet fəaliyyət göstərir. Burada narkomaniyaya meyilli şəxslərin siyahısı hazırlanmış və narkotik vasitələrdən istifadə edən şəxslər ambulator və ya stasionar müalicəyə götürülmüşdür. Narkoloji tibbi kabinetdə hazırda 230 nəfər şəxs qeydiyyta alınmışdır ki, onlardan 112 nəfəri dispanser,  118 nəfəri isə profilaktik uçotdadır. Narkoloji tibbi kabinetə müraciət edən xəstələrlə tibbi maarifləndirmə işi aparılır. Rayon üzrə qeydə alınmış narkomanların cins tərkibinə görə 229 nəfəri kişi, 1 nəfəri isə qadındır.

Komissiya Gənclər və idman idarəsi, rayon Təhsil şöbəsi və rayon Mərkəzi poliklinikası ilə birlikdə 2017-ci il 15 may tarixində Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə hər birmizin borcudur” mövzusunda tədbir keçirmişdir. Bu tədbirdə 60-dan artıq gənc iştirak etmişdir.

2017-ci il 12-24 iyun tarixlərində Gənclər və idman idarəsi şəhər stadionunda gənclər arasında “Sağlam həyat tərzini seç” devizi altında mini-futbol üzrə rayon çempionatı keçirmişdir. 2017-ci il 20 iyun tarixdə Gənclər Mərkəzində 50 nəfərdən çox gəncin iştirakı ilə 26 iyun - Narkomaniyaya Qarşı Ümumdünya Mübarizə Gününə həsr olunmuş “Narkomaniya bəşəriyyətin ən böyük bəlasıdır” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Rayon Təhsil şöbəsi tərəfindən tədris ili ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1330 nömrəli əmrinə əsasən rayonun ümumtəhsil məktəblərində tədris olunan “Narkotiklərə yox deyək”, “Narkotik maddələrin ayrı-ayrı və ümumən orqanizimə təsiri” fakultativ kursunun məşğələlərində də hər sinifin yaş səviyyəsinə uyğun mövzular üzrə müzakirələr aparılmış, şagirdlərin sağlam həyat tərzi şəraitində yaşayıb fəailiyyət göstərmələri üçün onlara məsləhətlər və tövsiyələr verilmişdir.

2017-ci ilin 7 ayı ərzində rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 14 fakt aşkar edilmişdir. Bunlardan saxlama-12, satış-2, kultivasiya-3 fakt aşkar edilmişdir. Bunun nəticəsində 2,334 qram heroin, 7,350 qram həşiş qətranı, 472,280 qram marixuana, 9,490 qram tiryək və ümumilikdə cəmi 491,454 qram narkotik, yaşıl kütlə halında isə 7 kq 644,430 qram çətənə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır. Narkotik vasitələrin qanunsuz əkib-becərilməsi, satışı və saxlanmasına dair cəlb olunan şəxslər arasında qadınlar və yetkinlik yaşına çatmayanlar olmamışdır.

Müvafiq Proqramın 4.4.10-cu bəndinin yerinə yetirilməsi istiqamətində 2017-ci ilin 7 ayı ərzində Siyəzən Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekusorlarını məhvetmə komissiyası tərəfindən bir sıra işlər görülmüşdür.

2017-ci ilin 7 ayı ərzində Siyəzən Rayon İcra Hakimiyyəti yanında yaradılmış Müsadilə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekusorlarının məhvetmə Komissiyası qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi  işinin təşkili, bu prosesdə ictimaiyyətin nümayəndələrinin iştirakının təmin edilməsi, görülmüş tədbirlər barədə yerli qəzet vasitəsilə əhalinin  məlumatlandırılması  istiqmətində  fəaliyyətini mövcud qanunvericiliyə uyğun qurmuş və bu barədə yerli “Çıraq” qəzetində müvafiq məlumat verilmişdir. Komissiya qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi zamanı “Qanunsuz dövriyyədən çıxarılaraq müsadirə olunmuş narkotik vasitələrin və onların prekursorlarının məhv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2009-cu il tarixli 181 nömrəli Qərarının və Dövlət Komissiyasının 3 mart 2006-cı il tarixli 3 nömrəli Sərəncamının tələblərinə əməl olunaraq miqdar təsnifatından artıq belə vasitələrin məhv edilməsi hallarına yol verilməmişdir.

Zəfər Əliyev,

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri 




Baxılıb: 1250