Sabirabad rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 29 sentyabr 2017-ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.

   Tədbir ilk öncə Dövlət Komissiyası İşçi Qrupu tərəfindən narkotikin fəsadlarından bəhs edən tamaşanın nümayişi ilə başladı.

   Sabirabad Rayon Polis Şöbəsinin rəisi tədbiriaçıq elan edərək, onun ictimai və siyasi əhəmiyyətindən danışmışdır. Daha sonra tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısı, Dövlət Komissiyası İşçi Qrupunun, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin, Sabirabad Rayon Mərkəzi xəstəxanasının məsul əməkdaşları Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər.

  Tədbirdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkomaniya və narkotik əleyhinə zəruri təbliğat materialları paylanılıb. 

     Tədbir televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 1615