“Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı yeni sosial rolik hazırlanıb

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən incəsənət ustalarının iştirakı ilə sayca beşinci yeni sosial rolik hazırlanmışdır.

     Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişikliklər təsvir olunmuşdur. Yekun olaraq video çarx “Çalış ki, Narkotikə Hədəf Olmayasan” xəbərdaredici şüar ilə tamamlanmışdır.




Baxılıb: 1435