Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.

   “Həkimlər və Təbib tələbələr” İctimai birliyini tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ”Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata” doğru layihəsi çərçivəsində Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə 15 dekabr 2017-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.

   Tədbirdə mövzu ətrafında çıxışlar edənlər, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

     Həmçinin tədbir çərçivəsində iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışdır.




Baxılıb: 360