Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

  2018-ci il ərzində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana Haqqında Həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.




Baxılıb: 381