Metro stansiyalarında yeni sosial lövhələr quraşdırılıb

   Azərbaycan  Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişinin davamı olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 12 ədəd sosial lövhə cari ilin 05 fevral tarixindən etibarən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Nəriman Nərimanov”, “Nəsimi”, “Xalqlar Dostluğu”, “Əhmədli” və digər stansiyalarında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.




Baxılıb: 92