Azərbaycan Dövlət İqtisad Universitetində "Həyatla oyun" tamaşası nümayiş olunub.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşası cari ilin 05 mart tarixində  Azərbaycan Dövlət İqtisad Universitetində nümayiş olunmuşdur.

  Eyni zamanda tədbirlər çərçivəsində iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış metodik materiallar və o cümlədən digər zəruri çap məhsulları paylanılıb.




Baxılıb: 207