892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 16 may 2018-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 388 məhkəmə hökmü ilə müsadirə olunmuş 892 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 6453 ədəd çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

   Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 468 kq 658,155 qr marixuana, 217 kq 096,701 qr heroin, 183 kq 025,135 qr tiryək, 22 kq 848,734 qr həşiş qətranı, 18462 ədəd psixotrop maddə təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 16 milyon manat təşkil edir).

  Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 327