Sabunçu rayonunda maarifləndirmə tədbiri keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə Sabunçu rayonu 311 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçisi, Sabunçu Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək problemə dair maarifləndirmə və izahat xarakterli ətraflı məlumatlar vermişlər.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmış, iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışıdr.




Baxılıb: 283