Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş abunəçilərinə göndərilmişdir

   Cari ilin 20 iyul tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.

    Belə ki, 2018-ci ilin 16 iyul tarixindən 01 avqust tarixinədək ölkə ərazisində fəaliyyət göstərən “Azerfon” MMC,  “Azercell Telekom” MMC, “Bakcell” MMC mobil rabitə operatorları tərəfindən sosial mətnli bildiriş sms formasında mərhələli qaydada ümumilikdə 5,5 milyondan çox abunəçiyə ünvanlanmışdır.




Baxılıb: 233