Narkotiklərə “yox” deyək!

Azərbaycan Respublikası Prezidentinin 24.06.2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq 2018-ci ildə İmişli rayonunda narkomanlığın qarşısının alınması məqsədi ilə tədbirlər planı hazırlanmış və ötən müddətdə onun icrası istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Dövlət Proqramı idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə şöbəsi işçilərinin, gənclər və yeniyetmələrin, hüquq-mühafizə orqanlarının və din xadimlərinin iştirakı ilə 19 mart 2018-ci il, 11 iyun 2018-ci il, 25 iyun 2018-ci il tarixlərində geniş müzakirə edilmiş və qanunamüvafiq qərarlar qəbul edilmişdir.

Rayon təhsil şöbəsi tərəfindən məktəblilər arasında sağlam həyat tərzi təbliğ edilmiş, həyati bacarıqlara əsaslanan təhsil fakültətiv kursu dərslərinin səmərəli keçirilməsi, şagirdlərlə aparılan təlim-tərbiyə prosesində narkomaniya və alkoqolizmin zərərli təsirləri mövzusunda söhbətlər aparılmış, bu mövzuda inşa, rəsm və müsabiqələr keçirilmişdir. Məktəblilər arasında “Sağlam həyat” və “Narkotiklərə “yox” deyək” devizi altında yarışlar keçirilmiş, rayon Gənclər və İdman idarəsi tərəfindən narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində yeniyetmə və gənclərlə aparılan iş rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılmışdır. Həmçinin rayonda narkomanlığa qarşı mübarizənin vəziyyəti rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 28 dekabr 2018-ci il tarixli iclasında geniş müzakirə edilməsi üçün şuranın iş planına daxil edilmişdir.

İmişli Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İmişli rayonunda yerləşən regional şöbəsinin əməkdaşları, “Yeni üfüq”  İctimai Birliyi və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə 25 iyun 2018-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin iclas zalında görüş keçirilərək narkomanlığın zərərli təsirləri və onların qarşısının alınması üçün ictimaiyyətin, din xadimlərinin və aidiyyəti dövlət qurumları və vəzifəli şəxslərin qarşısında duran vəzifələr dəqiqləşdirilmiş və Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində konkret qərarlar qəbul edilmişdir. Yığıncaqda nüfuzlu şəxslərin və ağsaqqalların bu işə cəlb edilməsinin xüsusi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır.

Sözügedən Dövlət Proqramının 4.4.11-ci maddəsinin icrası ilə bağlı gənclər və yeniyetmələrin iştirakları ilə Gənclər Mərkəzində 225 nəfərin iştirak etdiyi seminar-müşavirə keçirilmişdir. Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları narkoloq həkim, narkomanlığa qarşı mübarizə üzrə rayon komissiyasının və rayon İcra Hakimiyyətində fəaliyyət göstərən azyaşlıların işləri üzrə komissiyanın üzvləri, təhsil işçiləri və digər aidiyyəti vəzifəli şəxslər iştirak etmişlər. Müşavirədə narkomanlığın zərərli nəticələri ilə bağlı gənclər və yeniyetmələrə xüsusi bröşürlər paylanmış, çıxış edənlər narkomanlığın insan sağlamlığına vurduğu zərər və onun acı nəticələri barədə məlumatlar vermişlər. Müşavirədə narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədikləri və təhsil aldıqları inzibati ərazi üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis  orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.

Dövlət Proqramının 4.4.13 maddəsinin icrası ilə əlaqədar narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üçün 2017-ci ildə rayon ərazisində qabaqlayıcı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən 18 aprel 2018-ci il tarixdə 67 saylı Sərəncam imzalanmış və həmin Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, mütəxəssislər, digər aidiyyəti şəxslər və texniki vasitələr bu işə cəlb edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə yerlərdə geniş yığıncaqlar keçirmiş, yığıncaqlarda narkomanlığın yayılmasına, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı geniş fikir mübadiləsi aparılmış və narkotik tərkibli bitkilərin əkilib becərilməsi və təbii halda yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti orqan və vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmişdir. 2018-ci ilin müvafiq dövründə məhkəmələr tərəfindən müsadirə edilən narkotik vasitələr Narkotik vasitələrin məhv edilməsi üzrə rayon komissiyası tərəfindən yandırılmaqla məhv edilmişdir.

Rayon ərazisində mövcud olan narkotik tərkibli yabanı bitki növlərinin monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı halda bitən narkotik tərkibli bitkilərin məhv edilməsi üçün onları yayılma zonalarında ekspedisiyaların təşkili, belə bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlardan istifadə etməklə onların zərərli xassələrinin təbliği ilə əlaqədar olaraq rayonun inzibati ərazi vahidlərinin bələdiyyələrinə və RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə Dövlət Proqramının 4.4.15-ci maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə köməklik göstərilməsi məqsədi ilə qanunamüvafiq tapşırıqlar verilmiş və bu tapşırıqların icrası təmin edilmişdir.

Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi daim rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların diqqət mərkəzində olmuşdur. Görülən tədbirlər nəticəsində İmişli rayonu üzrə yetkinlik yaşına çatmayanlar içərisində narkomanlar olmamışdır.

Səfa Ağayev,
İmişli Rayon İcra Hakimiyyəti başçısının
 
birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı   
Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 362