Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin növbəti hazırlıq iclası keçirilib

   Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16-18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yanvarın 15-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Həsənovun sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

   İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilinin təmin olunması ilə bağlı Konfransın loqosunun dizaynı, peşəkar milli və əcnəbi moderatorların cəlb edilməsi, veb səhifəsinin və qısametrajlı video roliklərin hazırlanması, qonaqların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün mədəni proqramların təşkili, mehmanxanada yerləşmə, maliyyələşmə, nəqliyyat, təhlükəsizlik, tərcümə və digər vacib məsələlər müzakirə edilərək müvafiq tapşırıqlar verildi.




Baxılıb: 132