Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti birgə Tədbirlər Planı imzalayıb

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi  məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2019-cu ilə dair birgə “Tədbirlər Planı” imzalanıb.
     Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
  Cari il ərzində ümumilikdə 20 cəzaçəkmə müəssisəsində peşəkarlığın artırılması məqsədilə müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir



Baxılıb: 1214