“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) 2019-cu ilin 24 iyun tarixindən etibarən (3 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.




Baxılıb: 195