Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da nümayiş olunur

   Narkomanlığın ziyanı ilə bağlı sosial maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədi ilə sağlam həyat tərzinin təbliği və narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolik cari ilin 29 iyun tarixindən başlayaraq (30 gün müddətinə) “Park Bulvar” ticarət və əyləncə mərkəzində mövcud olan monitorlarında yayımlanır.




Baxılıb: 1035