Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir keçirilib

 Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2019-cu ilə dair imzalanmış birgə “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 26 avqust tarixində 4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqındao cümlədən məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahat və tövsiyələr vermişlər.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır.




Baxılıb: 79