Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair növbəti tədbirlər Şəmkir və Tovuz rayonlarında keçirilib.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu Rayon İcra Hakimiyyətləri ilə birgə carı ilin 29 avqust tarixində  Şəmkir və Tovuz rayonlarında  dəyirmi masa keçirmişdir.

   Tədbir zamanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini və digər əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmışdılar.

   Eyni zamanda, rayon komissiyasiyalarının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq tövsiyyələr verilmişdir.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə  hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

 




Baxılıb: 919