Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Topalhəsənli kəndi ərazisində 2764 ədəd, çəkisi 6185 kq, Toğanalı kəndi ərazisində 6250 ədəd, çəkisi 2187 kq, Balçılı kəndi ərazisində 8345 ədəd, 4393 kq olmaqla ümumilikdə 17359 ədəd, cəmi çəkisi 12 ton 765 kq  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1815