Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dair sosial lövhələr quraşdırılıb

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin avtobus dayanacaqlarında üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 40 ədəd lövhə quraşdırılıb.

 Sosial layihənin məqsədi narkomanlığın zərəri ilə bağlı maarifləndirmə işini daha da genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.




Baxılıb: 230