Azərbaycan Turizm və Menecment Universitetində maarifləndirmə tədbiri keçirilib

   Cari ilin 20 noyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.25-ci bəndinə müvafiq olaraq tələbələr arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Azərbaycan Turizm və Menecment Universitetinin təşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, Dövlət Komissiyasının İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 




Baxılıb: 114