Azərbaycan Turizm və Menecment Universitetində “Narkomaniya-könüllü ölüm” mövzusunda tədbir keçirilib

    Azərbaycan Turizm və Menecment Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar sosial menecment fakültəsinin tələbələrinin iştirakı ilə “Narkomaniya-könüllü ölüm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

   Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Sosial Menecment fakültəsinin dekanı, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Gənclərin Sağlamlıq Mərkəzinin direktoru, Tələbə Elmi Cəmiyyətinin sədri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

     Sonda bu istiqamətdə təşkil olunan tədbirlərdə fəallıq göstərən tələbələrə təşəkkürnamə, sertifkatlar və zəruri təbliğat materialları təqdim olundu.




Baxılıb: 162